Lempardı “Everton”da  əvəz edəcək   NAMİZƏDLƏR
26 yanvar 2023 19:37 (UTC +04:00)

Lempardı “Everton”da əvəz edəcək NAMİZƏDLƏR

Marselo Bielsa və Şon Dayç "Everton" üçün əsas namizədlərdir. 

Lent.az bildirir ki, “Sky Sports”un məlumatına görə, bu iki mütəxəssis Liverpul klubunun rəhbərliyi tərəfindən prioritet namizədlər hesab edilir.

Klub rəhbərliyi artıq hər iki mütəxəssisdən əvvəlcədən razılıq alıb. Əlavə danışıqlar bu gün, yanvarın 26-da baş tutmalıdır və klub hələ də bu həftəsonuna qədər yekun müqaviləni razılaşdırmağa ümid edir.

Eyni zamanda “Everton”un sahibi Fərhad Moşiri də Belsanı bu postda görmək istəyir. Lakin argentinalı ilə danışıqlar aparmaq daha çətin və baha başa gələcək.

Qeyd edək ki, Marselo Belsa 2022-ci ilin fevralında “Lids”dən qovulub. Şon Daym “Bernli”nin baş məşqçisi vəzifəsindən qovulduğu həmin ilin aprelindən bəri işsizdir.

Xatırladaq ki, yanvarın 23-də “Vest Hem”ə 0:2 hesabı ilə uduzan “Everton” Frenk Lempardı baş məşqçi postundan qoyub. 

# 1575
avatar

Oxşar yazılar