İtaliya millisindən yeni dünya rekordu
06 sentyabr 2021 09:42 (UTC +04:00)

İtaliya millisindən yeni dünya rekordu

İtaliya millisi yeni dünya rekorduna imza atıb.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, Roberto Mançininin yetirmələri məğlubiyyətsiz oyunlar seriyasını 36-ya çatdırıb.

Bu, DÇ-2022-nin V turunun İsveçrə ilə matçında rəsmiləşib. Qolsuz heç-heçə apenninlilərin uduzmadığı 36-cı qarşılaşma olub.

Sonuncu dəfə 2018-ci ildə Millətlər Liqasında Portuqaliyaya 0:1 hesabı ilə uduzan Mançininin komandası Braziliya və İspaniyanın şərik olduğu dünya rekordunu arxada qoyub. Cənubi amerikalılar 1993-96, ispaniyalılar isə 2007-09-cu illərdə ardıcıl 35 oyunda məğlub olmayıb. 

Qeyd edək ki, İtaliya bu müddətdə AVRO-2020-nin çempionu olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1605
avatar

Oxşar yazılar