İsveç millisində  vida oyununa   çıxacaq
05 aprel 2024 16:55 (UTC +04:00)

İsveç millisində vida oyununa çıxacaq

Əfsanəvi isveçli futbolçu sonuncu dəfə iyunda yoldaşlıq görüşündə meydana çıxacaq.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, "Milan"ın karyerasını başa vuran keçmiş hücumçusu Zlatan İbrahimoviç İsveç millisində vida oyununa çıxacaq.

Ölkə Futbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, İbrahimoviç milli komandanın heyətində Serbiya ilə yoldaşlıq görüşündə çıxış edəcək. Görüş 2024-cü il iyunun 8-də baş tutacaq. Qarşılaşma Stokholmda (İsveç) “Friends-Arena” stadionunda baş tutacaq.
42 yaşlı Zlatan İbrahimoviç İsveç millisinin tarixində ən çox qol vuran futbolçudur. O, 62 qol vurub.

“Zlatan İbrahimoviçə hörmət etmək üçün stadionumuzu dolduracağıq. Bunu qaçırmaq olmaz”, - federasiyanın açıqlamasında deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3391

Oxşar yazılar

"Kəpəz" "Sabah"ı məğlub etdi

"Kəpəz" "Sabah"ı məğlub etdi

6 aprel 2025 , 19:19
PSJ qalib gəldi - ÇEMPİON OLDU

PSJ qalib gəldi - ÇEMPİON OLDU

5 aprel 2025 , 21:22
UEFA "Çelsi"ni cərimələyəcək  - Qadın klubuna görə

UEFA "Çelsi"ni cərimələyəcək - Qadın klubuna görə

5 aprel 2025 , 19:32
Müller "Bavariya"dan gedir

Müller "Bavariya"dan gedir

5 aprel 2025 , 14:25
Ərəb klubları "Mançester Siti"nin bu oyunçusu ilə xüsusi maraqlanır

Ərəb klubları "Mançester Siti"nin bu oyunçusu ilə xüsusi maraqlanır

5 aprel 2025 , 09:42
Qadın futbolçularımız Litvanı məğlub etdi

Qadın futbolçularımız Litvanı məğlub etdi

5 aprel 2025 , 00:03
Dünyanın  ən yaxşı   10 gənc futbolçusu - SİYAHI

Dünyanın ən yaxşı 10 gənc futbolçusu - SİYAHI

4 aprel 2025 , 19:47
Kevin De Bruyne "Mançester Siti"dən  gedəcəyini   AÇIQLADI

Kevin De Bruyne "Mançester Siti"dən gedəcəyini AÇIQLADI

4 aprel 2025 , 18:59