İstanbula  arzumuzu  gerçəkləşdirmək   üçün gedəcəyik - Qvardiola
07 iyun 2023 14:38 (UTC +04:00)

İstanbula arzumuzu gerçəkləşdirmək üçün gedəcəyik - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "İnter"lə qarşıdakı oyun haqda danışıb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, komandalar Çempionlar Liqasının finalında üz-üzə gələcək.

“Bir çox klublar bu turniri qazana bilmədiklərinə görə öz ideyaları və layihələri ilə vidalaşdılar, bir çoxları isə qalib olduqları üçün böyük klublara çevriliblər.

Bunu bölüşmürəm, amma başa düşürəm ki, bu illər ərzində etdiyimiz və çox yaxşı olan hər şey, yalnız bu turnirdə qalib gələndə qalanlar üçün məna kəsb edəcək. Qələbə olmasa, “azalacaq məntiq”. Bir az haqsızlıqdır, amma bunu qəbul etməlisən. Bu belə işləyir.

Biz də qəbul etməliyik ki, böyük klub olmaq yolunda həlledici addım atmaq istəyiriksə, Avropada qalib gəlməliyik.

Arzumuzu gerçəkləşdirmək üçün İstanbula gedəcəyik, yaxşı oyun nümayiş etdirib finalda qalib gəlməyə çalışacağıq”, - Qvardiola deyib.

Final iyunun 10-da İstanbulda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

# 1374
avatar

Oxşar yazılar