İngiltərə Futbol Assosiasiyası (FA) "Mançester Siti"yə başçılıq edən ispaniyalı Pep Qvardiolanı millinin baş məşqçisi postuna dəvət edə bilər,
Lent.az bildirir ki, bu barədə “The Independent” xəbər verir.
Mənbənin sözlərinə görə, FA 2025-ci ildə “Mançester Siti”ni tərk edəcəyi təqdirdə mütəxəssisə İngiltərə millisində vəzifə təklif etməyə hazırdır.
İyulun 16-da Qaret Sautqeyt milli komandanın baş məşqçisi vəzifəsindən istefa verib. 53 yaşlı mütəxəssis 2016-cı ilin sentyabrından komandanı çalışdırırdı. Onun rəhbərliyi altında britaniyalılar 102 görüş keçirib, 64 qələbə qazanıb, 20 dəfə heç-heçə edib, 18 görüşdə uduzub.
Avropa çempionatında İngiltərə finalda İspaniyaya 1:2 hesabı ilə uduzub.