Milli komanda ilə Avropa çempionatına hazırlaşan “Brentford” və İngiltərə yığmasının hücumçusu Ayvan Toni ingilislərin turnirdə qalib gələcəyi təqdirdə alnına döymə etdirməyə hazır olduğunu etiraf edib.
“Bəli, 100 faiz yeni döymə etdirəcəyəm. Qazansaq, təbii ki. Düşünürəm ki, alnıma kubok və ya başqa bir şey döydürəcəyəm!
Sözsüz ki, mənə yaddaqalan bir şeyə ehtiyacım olacaq - və ümid edirəm ki, bu, yaxşı olacaq”, - Lent.az bildirir ki, Toni “The Sun” qəzetinə açıqlamasında söyləyib.