İki güləşçimiz  Avropa çempionu oldu
29 iyun 2022 03:19 (UTC +04:00)

İki güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın 2 güləşçisi İtaliyanın paytaxtı Romada U-20 Avropa çempionatında qızıl medal qazanıb. 

Lent.az Apasport.az saytına istnadən xəbər verir ki, Nihad Quluzadə (55 kq) finalda rumıniyalı Denis Mihayla dueldən qalib ayrılıb. 

Rəqibinə 10:1 hesabıyla qalib gələn güləşçimiz Avropa çempionu olub.

Onun uğurunu Laçın Vəliyev (87 kq) də təkrarlayıb. Həlledici görüşdə rumıniyalı Patrik Qordanla üz-üzə gələn təmsilçimiz 3:1 hesablı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beləliklə, yunan-Roma güləşi üzrə U-20 millimiz AÇ-yə 2 qızıl medalla başlayıb.

# 1938
avatar

Oxşar yazılar