Hücumçu bədbəxt hadisə nəticəsində ayağını sındırdı
09 dekabr 2024 13:42 (UTC +04:00)

Hücumçu bədbəxt hadisə nəticəsində ayağını sındırdı

Londonun “Vest Hem” komandası qəzaya uğrayan hücumçusu Miçeyl Antonionun səhhəti ilə bağlı son xəbərləri paylaşıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, komandanın mətbuat xidmətinin məlumatına görə, Antonio bədbəxt hadisə nəticəsində yaralanıb və ayağını sındırıb. O, artıq paytaxt xəstəxanalarından birində əməliyyat olunub.

Hücumçu yaxın bir neçə günü xəstəxanada keçirəcək. Klub onun sağlamlıq vəziyyəti ilə bağlı yenilikləri təqdim etməyə davam edəcək.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1614

Oxşar yazılar