Həkimlər Peleyə bu diaqnozları qoydular
03 dekabr 2022 10:32 (UTC +04:00)

Həkimlər Peleyə bu diaqnozları qoydular

Həkimlər xəstəxanaya yerləşdirilən əfsanəvi futbolçu Peleyə diaqnoz qoyublar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, braziliyalı futbolçuya ümumi bədən ödemi, o cümlədən ürək çatışmazlığı diaqnozları qoyulub.

Hazırda onun vəziyyəti stabildir.

Məlumata görə, onun səhhəti get-gedə yaxşılaşır. Pele müalicəsini davam etdirmək üçün yaxın günlərdə xəstəxanada qalacaq.

82 yaşlı Pele üç bədxassəli şişin (bağırsaq, qaraciyər və ağciyər) və sidik yolları infeksiyasının müalicəsi üçün iki dəfə xəstəxanaya yerləşdirilib.

Pele dünyada yeganə futbolçudur ki, kimi üç dəfə dünya çempionu olub (1958, 1962 və 1970-ci illərdə). Dörd dünya çempionatında iştirak edib. 1970-ci il dünya kubokunun ən yaxşı oyunçusu, 1958-ci il dünya kubokunun ən yaxşı gənc oyunçusu, 1973-cü il Cənubi Amerikada ilin futbolçusu adılarına layiq görülüb. İki dəfə dünya çempionatlarının simvolik komandalarının üzvü olub, qitələrarası kubokun və “Libertadores” kubokunun ikiqat, qitələrarası çempionlar super kubokunun, San-Paulu ştatının on qat çempionu, Santos tərkibində Rio Sao Paulo turnirinin dördqat qalibidir.

FİFA Futbol Komissiyasına görə, 20-ci əsrin ən yaxşı, qurumun rəsmi saytındakı səsvermədə Pele 20-ci əsrin ikinci ən yaxşı futbolçusudur. O, Beynəlxalq Olimpiya Komitəsinin 20-ci əsrin ən yaxşı idmançısıdır.

# 1152
avatar

Oxşar yazılar

Azərbaycanlı idmançının döyüşü dünyanın vacib yarışlarından biridir

Azərbaycanlı idmançının döyüşü dünyanın vacib yarışlarından biridir

9 fevral 2023 , 06:55
"Real" dünya çempionatının finalında

"Real" dünya çempionatının finalında

9 fevral 2023 , 03:17
Anri də  Belçika millisindən   getdi

Anri də Belçika millisindən getdi

9 fevral 2023 , 01:33
Messinin qardaşından SƏRT AÇIQLAMA:  “İspanlar satqındırlar”

Messinin qardaşından SƏRT AÇIQLAMA: “İspanlar satqındırlar”

9 fevral 2023 , 00:32
İlin  ən yaxşı qapıçısı   adına iddialı üçlük AÇIQLANDI

İlin ən yaxşı qapıçısı adına iddialı üçlük AÇIQLANDI

8 fevral 2023 , 22:01
Mütləq rekord: Bütün zamanların  ən yaxşı bombardiri   oldu

Mütləq rekord: Bütün zamanların ən yaxşı bombardiri oldu

8 fevral 2023 , 19:59
“Milan” Jirunun agentləri ilə görüşəcək -  SƏBƏB

“Milan” Jirunun agentləri ilə görüşəcək - SƏBƏB

8 fevral 2023 , 18:50
“Tottenhem”ə qapıçısı ilə bağlı  BƏD XƏBƏR

“Tottenhem”ə qapıçısı ilə bağlı BƏD XƏBƏR

8 fevral 2023 , 17:25