Futbolçu qadın azarkeşdən qorunmaq üçün  mühafizəçi tutdu - ŞOK
24 fevral 2024 18:08 (UTC +04:00)

Futbolçu qadın azarkeşdən qorunmaq üçün mühafizəçi tutdu - ŞOK

İngiltərə millisi və “Liverpul”un futbolçusu Trent Alexander-Arnold onunla yatmaq istəyən azarkeşdən onu qorumaq üçün özünə mühafizəçi tutub. Bu barədə The Sun xəbər verir.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, məlum olub ki, idmançı son bir ildə naməlum qadın tərəfindən təcavüzə məruz qalıb. O, futbolçunun evinə, “qırmızılar”ın bazasına, həmçinin oyunçunun getdiyi digər yerlərdə onu izləyib. Azarkeş Alexander-Arnold ilə yatmağa can atıb.

Futbolçu fanatdan təkbaşına xilas olmağa çalışıb, evinə videomüşahidə sistemi quraşdırıb, telefon nömrəsini və elektron poçtunu dəyişib, lakin qadın onu təqib etməkdə davam edir.

Alexander-Arnold bu mövsüm İngiltərə Premyer Liqasında (APL) 21 oyun keçirib. O, iki qol vurub və dörd məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4146
avatar

Oxşar yazılar