Futbol əfsanəsinin  qəribə paylaşımı   tezliklə silindi
03 iyun 2025 17:21 (UTC +04:00)

Futbol əfsanəsinin qəribə paylaşımı tezliklə silindi

Ötən gün İspaniya millisinin və “Real”ın keçmiş qapıçısı İker Kasilyasın hesabında bir qədər müəmmalı mətn peyda olub.

Lent.az-ın xarici mediayaistinadla xəbərinə görə, İker bunları yazıb:

"Düzünü desəm, bu haqda danışmaq barədə heç düşünməmişəm. 30 illik futbolda bu haqda çox az adama danışmışam, amma bunu paylaşmağın xoş olduğunu düşünürəm. Bu, karyeramın bir hissəsidir və düşünürəm ki, artıq vaxtdır. Bu, həqiqətən insanlara necə bir idmançı olduğumu anlamağa kömək edəcək. Bilirəm ki, bəziləri mənə bu barədə danışmamağımı söyləyəcək, amma bu, yalnız mənim qərarımdır".

Demək olar ki, dərhal ispaniyalı bu mətni silərək pərəstişkarlarını çaş-baş salıb.

Bu hekayənin davamı olacaqmı, nə baş verdiyini öyrənəcəyikmi - hələ məlum deyil.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 798

Oxşar yazılar