Yay ətirləri:  İstidə sizə zərər verməyəcək doğru qoxunu  necə seçmək olar
05 iyun 2025 13:58 (UTC +04:00)

Yay ətirləri: İstidə sizə zərər verməyəcək doğru qoxunu necə seçmək olar

İsti havanın təsiri altında ətirin molekulları fərqli cür hiss olunur — bu səbəbdən, xoş qoxu aqressiv və ağır bir ətirə çevrilə bilər. 

Lent.az bu ətirləri təqdim edir:

Yay üçün ətir necə seçilməlidir?

Ətir sevən xanımlar unutmamalıdır ki, yay mövsümündə istifadə olunan ətir digər fəsillərə nisbətən daha yüngül olmalıdır. Çünki isti havada ətirin qoxusu dəri üzərində daha kəskin və güclü hiss olunur.

Yay üçün hansı ətirlər uyğundur?

Mütəxəssislər isti havalar üçün aşağıdakı tərkibli ətirlərdən uzaq durmağı tövsiyə edir:

Qourmand (şirniyyat qoxulu)

Şərq ətirləri

Aldehidli

Dəri tonlu

Həddindən artıq şirin və ağır qoxular

Əvəzində, isti hava ilə harmoniyada olan tərkiblər

Mandalin, limon, berqamot

Yaşıl çay, jasmin

Yaşıl alma, ananas notları, greyfurt kimi meyvə əsaslı kompozisiyalar

Əgər sizə sitrus notları uyğun gəlmirsə, onda:

Çiçək və giləmeyvə tonlarında olan, lakin çox şirin olmayan — təravətli ot və çiçək qarışığı şəklindəki ətirlər uyğun ola bilər.

Alternativ olaraq

Taxta əsaslı yay ətirləri də maraqlı seçim ola bilər. Onlar əsasən:

Sidr ağacı, palıd, bal şirinliyi

Ədviyyatlı tonlarla zənginləşdirilmiş tərkibə malikdir.

Vacib qeyd

Yay üçün seçilən ətirin çox dayanıqlı (davamlı) olmaması daha məqsədəuyğundur. Çünki isti havada dəri temperaturu artdığı üçün istənilən ətir daha uzun müddət və daha güclü hiss olunur. Bu da ətrafdakılar üçün narahatedici ola bilər.

Yay ətiri yüngül, təravətli, meyvə və çiçək notlu, sitrus və ya ot əsaslı olmalı, həmçinin çox ağır və uzunmüddətli olmamalıdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 798

Oxşar yazılar