Futbol stadionunda izdiham zamanı 11 nəfər öldü
05 iyun 2025 11:52 (UTC +04:00)

Futbol stadionunda izdiham zamanı 11 nəfər öldü

Hindistan Premyer Liqasında azarkeşlərin “Royal Challengers Bengaluru” futbol klubunun ilk qələbəsini qeyd etdikləri Benqalurda kriket meydançası yaxınlığında baş verən izdihamda ən azı 11 nəfər həlak olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, minlərlə insan Çinasvami stadionunun ətrafında küçələrə düzülüb, televiziya kanallarına baxıb. Bəziləri mənzərəni daha yaxşı görmək üçün ağaclara və stadionun divarına dırmaşıb.

“The Guardian” xəbər verir ki, komanda veb saytı vasitəsilə qarşılaşma üçün pulsuz vəsiqələr verib, eyni zamanda təchizatın məhdud olacağı barədə xəbərdarlıq edib.

Polisin bildirdiyinə görə, qələbənin qeyd olunması zamanı bir neçə nəfər qapıları sındırmağa çalışıb və perimetrlə əsas arena arasında əlavə problemlər yaranıb. Karnataka ştatının baş naziri Siddaramaiah jurnalistlərə bildirib ki, hadisə nəticəsində azı 11 nəfər ölüb, 47 nəfər yaralanıb:

"Heç kim belə bir izdiham gözləmirdi. Stadion cəmi 35 min tamaşaçı tutur, amma 200-300 min adam gəldi. Tədbir zamanı bu acınacaqlı hadisə baş verməməli idi. Biz buna təəssüflənirik. Gələn azarkeşlər bütün gözləntilərimizi aşdılar".

Banqalorlular dünyanın ən zəngin kriket liqası olan IPL-in 18-ci turunun son T20 oyununda çərşənbə axşamı günü “Punjab Kings” üzərində qələbəni qeyd ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 438

Oxşar yazılar