Prezidentdən Qurban bayramı TƏBRİKİ
05 iyun 2025 12:24 (UTC +04:00)

Prezidentdən Qurban bayramı TƏBRİKİ

Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Lent.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

Dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə bərabərliyə, qardaşlığa və fədakarlığa dəvət edir.

Cəmiyyətimizdə humanizmi və xeyirxahlıq duyğularını daha da gücləndirən Qurban mərasimləri hər il Azərbaycanda yüksək əhval-ruhiyyə və təntənə ilə keçirilir. Bu günlərdə dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvar olduğumu bildirirəm ki, saf niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Ulu Tanrının mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır.

Əziz bacı və qardaşlarım!

Mübarək Qurban bayramı günlərində bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1716

Oxşar yazılar

İyunun 6-da yeni həyata başlayacaq  7 BÜRC

İyunun 6-da yeni həyata başlayacaq 7 BÜRC

6 iyun 2025 , 18:20
Bakıda bu parkinqlərdə qiymətlər artırıldı - VİDEO

Bakıda bu parkinqlərdə qiymətlər artırıldı - VİDEO

6 iyun 2025 , 14:39
Sabah bu rayonlara qar yağacaq  - PROQNOZ

Sabah bu rayonlara qar yağacaq - PROQNOZ

6 iyun 2025 , 12:07
Əksər rayonlara leysan yağır - FAKTİKİ HAVA

Əksər rayonlara leysan yağır - FAKTİKİ HAVA

6 iyun 2025 , 10:32
"Qaragenlə görüşməyi özümə yaraşdırmıram"  - Allahşükür Paşazadə

"Qaragenlə görüşməyi özümə yaraşdırmıram" - Allahşükür Paşazadə

6 iyun 2025 , 09:53
Azərbaycanda bayram namazı  qılınır

Azərbaycanda bayram namazı qılınır

6 iyun 2025 , 08:01
Azərbaycanda Qurban bayramı  tətili başladı

Azərbaycanda Qurban bayramı tətili başladı

6 iyun 2025 , 01:16
Azərbaycanda Qurban bayramı  qeyd olunur

Azərbaycanda Qurban bayramı qeyd olunur

6 iyun 2025 , 01:14