Azərbaycanlılar arasında ATIŞMA:  həmyerlisini GÜLLƏLƏDİ
05 iyun 2025 11:10 (UTC +04:00)

Azərbaycanlılar arasında ATIŞMA: həmyerlisini GÜLLƏLƏDİ

Rusiyada azərbaycanlılar arasında silahlı insident olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə gecə saatlarında Sankt-Peterburq şəhərinin Frunzenski rayonunun Cənub şossesi yaxınlığında baş verib. Atışma barədə ərazidə yaşayan sakinlərdən biri polisə müraciət edib.

Hadisə yerinə gələn polis patrul xidməti əməkdaşları 3 azərbaycanlını saxlayıblar. Onlardan ikisi Azərbaycan, digəri isə 2019-cu ildə Rusiya vətəndaşlığını almış şəxsdir. Məlum olub ki, 30 yaşlı Azərbaycan vətəndaşı münaqişə zamanı sərxoş vəziyyətdə həmyerlisinə məxsus “Grand Power” markalı silahdan atəş açaraq 29 yaşlı yeni Rusiya vətəndaşını ayağından vurub.

Yaralı azərbaycanlı həkimlər tərəfindən müayinə olunub və vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb. Cinayətkar isə şöbəyə aparılıb və xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Silah sahibinə qarşı inzibati protokol tərtib edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1484

Oxşar yazılar