FİFA-dan “Adana Dəmirspor”a  şok cəza
25 fevral 2025 19:41 (UTC +04:00)

FİFA-dan “Adana Dəmirspor”a şok cəza

FİFA Trendyol Superliqa komandalarından olan "Adana Dəmirspor"a 6 xal çıxılmaqla bağlı cəza kəsib.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərnə görə, Türkiyə Futbol Federasiyasından verilən açıqlamada bildirilir: "FIFA İntizam Komitəsi, “Adana Dəmirspor” klubu haqqında 6 xallıq cəza kəsib".

Açıqlamada cəzanın təfərrüatları yer almayıb.

Digər tərəfdən, daha əvvəl "Qalatasaray"la oyunda meydandan çəkildiyi üçün 3 xal silinməsi ilə cəzalanan "Adana Dəmirspor"un FİFA-nın verdiyi bu cəzadan sonra Super Liqada xal -3-ə düşüb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 320

Oxşar yazılar