FHN-in karate komandasının idmançıları dünya çempionatında uğur qazanıblar
18 aprel 2024 18:01 (UTC +04:00)

FHN-in karate komandasının idmançıları dünya çempionatında uğur qazanıblar

Bolqarıstanın Albenia şəhərində Dünya Şotokan Karate Federasiyasının təşkilatçılığı ilə karate üzrə uşaq, yeniyetmə, gənc, böyük və veteranlar arasında 14-cü dünya çempionatı keçirilib.

FHN-dən Lent.az-a verilən xəbərə görə, turnirdə dünyanın 27 müxtəlif ölkəsindən 2200-ə yaxın idmançı əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar. Yarışda karate üzrə Azərbaycan yığma komandasının və FHN-in karate komandasının 9 nəfərdən ibarət üzvü iştirak edərək yüksək nailiyyətlər əldə etməyi bacarıb. Belə ki, yeniyetmələr arasında kumite yarışlarında -52 kq çəki dərəcəsində Həsən Osmanov yarışın bürünc, qızlar arasında isə +53 kq çəki dərəcəsində Azəri Nəcəfova bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olublar. Gənc karateçilər arasında kata üzrə yarışlarda Nihad Məmmədzadə, kumite yarışında isə -75 kq çəki dərəcəsində Nicat Kərimli fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıblar. Bundan əlavə, böyüklər arasında şəxsi kata üzrə yarışlarda Nihad Məmmədzadə və Xəyal Məmmədov qızıl, kumite üzrə yarışlarda -84 kq çəki dərəcəsində Tural Ələkbərli, -75 kq çəki dərəcəsində Nicat Kərimli yarışın qızıl, -67 kq çəki dərəcəsində İlyas Nağıyev isə yarışın gümüş medalına yiyələniblər. +75 kq çəki dərəcəsində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı, daxili xidmət mayoru İlqar Ələkbərov yarışda 3-cü yerə layiq görülüb. Veteranlar arasında isə kumite yarışlarında +84 kq çəki dərəcəsində Bəxtiyar Məmmədov bürünc medal qazanmaqla kifayətlənib.

Qaliblərə Dünya Şotokan Federasiyasının diplom və medalları təqdim olunub.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançılar və məşqçi-müəllimlərlə görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, FHN-in karate komandasının əsas məşqçisi ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

FHN-in karate komandasının idmançıları dünya çempionatında uğur qazanıblar

FHN-in karate komandasının idmançıları dünya çempionatında uğur qazanıblar

FHN-in karate komandasının idmançıları dünya çempionatında uğur qazanıblar

FHN-in karate komandasının idmançıları dünya çempionatında uğur qazanıblar

FHN-in karate komandasının idmançıları dünya çempionatında uğur qazanıblar

FHN-in karate komandasının idmançıları dünya çempionatında uğur qazanıblar

# 1383
avatar

Oxşar yazılar

PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12
Del Boskeyə vəzifə verildi

Del Boskeyə vəzifə verildi

1 may 2024 , 16:23
“Qalatasaray” Mertensi buraxmaq istəmir

“Qalatasaray” Mertensi buraxmaq istəmir

1 may 2024 , 15:32
FHN-in əməkdaşı çempionatın qalibi olub

FHN-in əməkdaşı çempionatın qalibi olub

1 may 2024 , 14:00
"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

1 may 2024 , 13:49
"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf  işə götürdü

"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf işə götürdü

1 may 2024 , 10:47
Çempionlar Liqası:  "Bavariya" "Real Madrid"lə heç-heçə edib

Çempionlar Liqası: "Bavariya" "Real Madrid"lə heç-heçə edib

1 may 2024 , 00:57
Ronaldo “Kruzeyro” klubunu  satdı

Ronaldo “Kruzeyro” klubunu satdı

30 aprel 2024 , 19:28