Ejeni Buşar
03 noyabr 2021 19:07 (UTC +04:00)

Ejeni Buşar

Ən seksual tennisçi tezliklə qayıdacağını AÇIQLADI

Dünyanın keçmiş beşinci kanadalı tennisçisi Ejeni Buşar tezliklə korta (tennis oynamaq üçün düzbucaqlı meydança) qayıdacağını açıqlayıb. O, mart ayından bəri oynamırdı.

Lent.az xarici mediaya istinadla bildirir ki, dünyanın ən seksual tennisçilərindən biri iyun ayında kürəkaltı əzələsinin yırtılması səbəbindən artroskopik əməliyyat keçirib.

Ejeni sonuncu oyuna mart ayında Meksikanın Monterree şəhərində WTA-250 turnirində çıxıb və ilk dövrədə çinli Çju Linə 5:7, 6:7 (3:7) məğlub olubş
 
“Keçən həftə həkimə getdim, dedi ki, hər şey yaxşı və plana uyğun gedir, amma korta qayıtmazdan əvvəl çiynimi bir az gücləndirməyimi istəyir. Mənə bir neçə həftə daha intensiv bədən tərbiyəsi lazımdır, sonra beş aydan sonra nəhayət korta çıxa biləcəyəm”, - Buşar deyib.
Buşar bir WTA turnirinin qalibidir. Kanadalı tennisçi 2014-cü ildə Uimbldon turnirində finalda Çexiya təmsilçisi Petra Kvitovoya 3:6, 0:6 hesabı ilə uduzub.
 
O, 2014-cü ildə Australian Open və Fransa Açıq çempionatının yarımfinalına çıxıb.
 
Buşar sosial şəbəkələrdə aktivdir, daim tennis həvəskarlarını təzə foto və videolarla sevindirir. Lakin 2017-ci ildə yazdığı bir tvit onun həyatını dəyişib. Ejeni bir fanata görüş və Superboula (amerikan futbolunda Milli Futbol Liqasının çempionu adı uğrunda final oyununun adı) getməklə bağlı mərc edib.

Maraqlıdır ki, kanadalı sözünün üstündə durub. Missuri ştatından olan tələbə Con Qerkeyə uçuş və oteldə qalmaq haqqını ödəyib, sonra gənclər Bruklindəki basketbol oyununa gediblər.
 
 
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4229

Oxşar yazılar

Ronaldo dünya çempionatında oynamayacaq

Ronaldo dünya çempionatında oynamayacaq

7 iyun 2025 , 18:48
"Barselona" "Milan"ın oyunçusunu alır

"Barselona" "Milan"ın oyunçusunu alır

7 iyun 2025 , 13:26
"Tottenhem"in yeni baş məşqçisi o ola bilər - Əsas namizəd

"Tottenhem"in yeni baş məşqçisi o ola bilər - Əsas namizəd

7 iyun 2025 , 09:43
Norveç millisi İtaliyanı darmadağın etdi

Norveç millisi İtaliyanı darmadağın etdi

7 iyun 2025 , 01:02
“Tottenhem” baş məşqçisini istefaya göndərdi

“Tottenhem” baş məşqçisini istefaya göndərdi

6 iyun 2025 , 23:52
Millimiz Qazaxıstanı məğlub etdi

Millimiz Qazaxıstanı məğlub etdi

6 iyun 2025 , 21:23
“Mançester Yunayted”in transfer təklifi rədd edildi

“Mançester Yunayted”in transfer təklifi rədd edildi

6 iyun 2025 , 19:17
"Arsenal"ın gənc oyunçusuna 4 il həbs cəzası  verildi

"Arsenal"ın gənc oyunçusuna 4 il həbs cəzası verildi

6 iyun 2025 , 14:34