Deşam Mbappenin Fransa millisinə  qayıtdığını   elan etdi
14 fevral 2025 15:39 (UTC +04:00)

Deşam Mbappenin Fransa millisinə qayıtdığını elan etdi

Fransa millisinin baş məşqçisi Didye Deşam "Real"ın hücumçusu Kilian Mbappeni "üçrənglilər"in martda keçiriləcək oyunları üçün çağırdığını açıqlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, martın 20 və 23-də Fransa millisi Millətlər Liqasının 1/4 final oyunlarında Xorvatiya ilə qarşılaşacaq.

"Bəli, o (Mbappe) komandanın bir hissəsi olacaq",- Deşam X sosial şəbəkəsində (keçmiş Twitter) deyib.

26 yaşlı hücumçu oktyabr və noyabr aylarında Millətlər Liqasının oyunları üçün Fransa yığmasına çağırılmayıb. Mətbuatda Mbappenin “Real”a adaptasiya prosesini daha tez keçə bilməsi üçün Deşamdan onu milliyə çağırmamasını istədiyi barədə xəbərlər yayılmışdı.

“Üçrənglilər”in tərkibində bütün turnirlərdə 86 oyunda iştirak edən hücumçu 48 qol vurub, 35 məhsuldar ötürmə edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1686

Oxşar yazılar

Ronaldo dünya çempionatında oynamayacaq

Ronaldo dünya çempionatında oynamayacaq

7 iyun 2025 , 18:48
"Barselona" "Milan"ın oyunçusunu alır

"Barselona" "Milan"ın oyunçusunu alır

7 iyun 2025 , 13:26
"Tottenhem"in yeni baş məşqçisi o ola bilər - Əsas namizəd

"Tottenhem"in yeni baş məşqçisi o ola bilər - Əsas namizəd

7 iyun 2025 , 09:43
Norveç millisi İtaliyanı darmadağın etdi

Norveç millisi İtaliyanı darmadağın etdi

7 iyun 2025 , 01:02
“Tottenhem” baş məşqçisini istefaya göndərdi

“Tottenhem” baş məşqçisini istefaya göndərdi

6 iyun 2025 , 23:52
Millimiz Qazaxıstanı məğlub etdi

Millimiz Qazaxıstanı məğlub etdi

6 iyun 2025 , 21:23
“Mançester Yunayted”in transfer təklifi rədd edildi

“Mançester Yunayted”in transfer təklifi rədd edildi

6 iyun 2025 , 19:17
"Arsenal"ın gənc oyunçusuna 4 il həbs cəzası  verildi

"Arsenal"ın gənc oyunçusuna 4 il həbs cəzası verildi

6 iyun 2025 , 14:34