Çempionlar Liqasında həftənin qolu - VİDEO
01 dekabr 2023 17:49 (UTC +04:00)

Çempionlar Liqasında həftənin qolu - VİDEO

UEFA Çempionlar Liqasında həftənin qolu məlum olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, həmin qol “Qalatasaray”-“Mançester Yunayted” oyununda türkiyəli futbolçu Kerem Aktürkoğlundan gəlib.

Bu barədə Liqanın rəsmi açıqlamasında bildirilib. Qeyd olunub ki, sözügedən qol azarkeşlərin səsverməsi nəticəsində seçilib.

Qeyd edək ki, oyuna sonradan daxil olan K. Aktürkoğlu 71-ci dəqiqədə hesabı 3-3 edən qolu vurub.

 

# 2394
avatar

Oxşar yazılar