"Sevilya"nın müdafiəçisi Serxio Ramos Çempionlar Liqası tarixində 10000-ci qolu vurub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 37 yaşlı ispaniyalı Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun PSV ilə ev oyununda (2:3) 24-cü dəqiqədə hesabı açıb. Onun qolu 1992-ci ildən başlayan turnirin müasir tarixində 10 000-ci qol olub.
Bu, Ramosun Çempionlar Liqasının yubiley topunu ilk dəfə vurması deyil. İspan futbolçu 2013-cü ildə “Real”da oynayarkən “Mançester Yunayted”lə qarşılaşmada (1:2) avtoqol vuraraq, turnir tarixində 6000-ci qolu vurub.
Maraqlıdır ki, Çempionlar Liqası tarixində 1000-ci qolu 1998-ci ildə həmin vaxt PSV-də çıxış edən rusiyalı yarımmüdafiəçi Dmitri Xoxlov vurub.
Çempionlar Liqasında yubiley qolları
• 1-ci: Daniel Amokaçi, 25.11.1992, “Brüqqe” - OMİK (1:0);
• 1000-ci: Dmitri Xoxlov, 12.09.1998, PSV – “Benfika” (2:2);
• 2000: Ervin Sançes, 19.09.2001, “Boavişta” – “Dinamo” Kiyev (3:1);
• 3000-ci: David Trezege, 12/10/2003, “Yuventus” – “Olimpiakos” (2:0);
• 4000-ci: Peter Krauç, 04/11/2007, “Liverpul” - PSV (1:0);
• 5000-ci: Luizao, 14.09.2010, “Benfika” – “Hapoel” - (2:0);
• 6000-ci: Serxio Ramos (öz qapısına), 03/05/2013, “Mançester Yunayted” – “Real” (1:2);
• 7000-ci: Anxel Di Maria, 25.11.2015, “Malmö “- PSJ (0:5);
• 8000-ci: Erik Lamela, 10/04/2018, “Tottenhem” – “Barselona” (2:4);
• 9000-ci: Emerson, 17.03.2021, “Çelsi” – “Atletiko” Madrid (2:0);
• 10.000-ci: Serxio Ramos, 29.11.2023, “Sevilya” - PSV (2:3).