"Çelsi"də Abramoviç FƏLAKƏTİ:  Dodaq uçuqladan borc
08 may 2022 15:00 (UTC +04:00)

"Çelsi"də Abramoviç FƏLAKƏTİ: Dodaq uçuqladan borc

19 illik Abramoviç dönəmindən sonra Todd Boehlinin rəhbərlik etdiyi yeni konsorsium “Çelsi” satın aldı. 4,25 milyard funt-sterlinq investisiyaya baxmayaraq, klubun Roman Abramoviçə olan borcu dodaq uçuqladır. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, İngiltərə klubunun rəsmi saytında verilən açıqlamada Todd Boehli ilə birlikdə Klearlake Kapital, Mark Valter və Hansjoerq Vyssin də konsorsiumda olduğu qeyd edilib.

Bildirilib ki, bu konsorsium hazırda klubun 100 faizinə sahibdir. Bununla belə, İngiltərə mətbuatında əksini tapan xəbərlərə görə “Çelsi”nin yeni rəhbərləri iqtisadi baxımdan mürəkkəb hesabatla qarşılaşıb. Məlum olub ki, son 19 ildə rusiyalı milyarder Roman Abramoviçə məxsus olan "Çelsi" hər il itkilərlə üzləşib.

19 il ərzində heç bir mənfəət əldə olunmadığı, əksinə, zərərlə davam etdiyi bildirilir. Normal şəraitdə “Çelsi”nin Roman Abramoviçə 1,5 milyard funt sterlinq borcu olduğu, lakin itkisinin 828 milyon funt sterlinqə çatığı bildirilirir.

“Çelsi”dəki yeni konsorsiumun bu itkini göstərməklə Abramoviçə olan borcunu yarıya qədər azaltmağa çalışacağı bildirilir. 

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumlarından sonra İngiltərədə sanksiyaya məruz qalan Roman Abramoviç "Çelsi"ni satmalı olub.


 

# 3906
avatar

Oxşar yazılar