Bir turnirdə artıq  ikinci boksçu dünyasını dəyişib
10 avqust 2025 03:09 (UTC +04:00)

Bir turnirdə artıq ikinci boksçu dünyasını dəyişib

Yaponiya boksçusu Hiromasa Urakava 28 yaşında rinqdə aldığı xəsarətlərdən dünyasını dəyişib.

APA xəbər verir ki, bu barədə Ümumdünya Boks Təşkilatının mətbuat xidməti məlumat yayıb.

Urakava Tokioda həmyerlisi Yoji Saito ilə döyüşdən sonra dünyasını dəyişib. Saito səkkizinci raundda texniki nokautla qalib gəlib.

Daha əvvəl bu turnirdə iştirak edən daha bir yapon boksçunun - 28 yaşlı Şiqetşi Kotarinin ölümü ilə bağlı məlumat yayılmışdı.

O, subdural hematoma səbəbindən təcili əməliyyat olunub, lakin sonradan aldığı xəsarətlərdən dünyasını dəyişib.

Urakava 7-si nokautla olmaqla 10 dəfə qalib gəlib, 4-də isə məğlub olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 379

Oxşar yazılar