Azərbaycanlı idmançı ABŞ-da çempion oldu -  VİDEO
15 avqust 2022 12:20 (UTC +04:00)

Azərbaycanlı idmançı ABŞ-da çempion oldu - VİDEO

UFC ilə müqavilə imzalayan ilk azərbaycanlı döyüşçü Hüseyn Əliyev ABŞ-da növbəti qələbə qazanıb.

Lent.az  xəbər verir ki, ABŞ-da yaşayan həmyerlimiz avqustun 14-də Hyuston şəhərində MMA idman növü üzrə çempionluq döyüşü keçirib. O, "Fury FC 67 - UFC Fight Pass" turnirində gecənin döyüşü və 65.7 kq çəki dərəcəsində çempionluq kəməri üzrə döyüşdə rəqibi olan liqanın keçmiş çempionu və məşhur "Glory" Kickboxing turniri döyüşçüsü Neyt Riçardson üzərində tam nəzarət edərək çempion olub.

Qalibiyyət nitqində Hüseyn Əliyev baş məşqçisi güney azərbaycanlı Nima Mazhari, "American Kickboxing Academy"-dən baş məşqçi Xavyer Mendez, Həbib Nurməhəmmədov və digər kamp yoldaşlarına və dəstəkçilərinə təşəkkür edib. Nitqinin sonunda UFC prezidenti Dana Vayt və matç meyker Şon Şelbiyə müraciət edərək müqavilə göndərilməsinin vaxtı gəldiyini bildirib.

Döyüş Hüseyn Əliyevin "Fury FC - UFC Fight Pass" liqasında 3-cü döyüşü olub. Hüseyn Əliyev döyüşün 4-cü hissəsində rəqibini nokdauna salıb, lakin döyüşü vaxtından əvvəl bitirmək alınmayıb. Son olaraq 5 raundun nəticəsinə görə çempionluq adını və turnirin kəmərini həmyerlimiz əldə edib.

Neyt Riçardson Hüseyn Əliyevin ardıcıl məğlub etdiyi 3-cü çempiondur. "FURY FC" liqasındakı ötən döyüşündə azərbaycanlı idmançı keçmiş "Combat Global" çempionu və "Ultimate Fighter" şousunda iştirak etmiş Andres Quintana üzərində qalib gəlib. Turnirdəki ilk döyüşündə isə həmyerlimiz "Fury FC"-nin eyni çəkidə çempion olmuş Braziliya Cui-Citsu idman növü üzrə qara kəmər sahibi Kameron Qraves üzərində qələbə çalıb.

Son 3 döyüşündə 3 çempion üzərində qələbə çalaraq həmyerlimiz dünyaca məşhur və MMA idman növü üzrə nömrə 1 şirkəti olan UFC-yə çıxmaq şansını maksimallaşdırıb.

Azərbaycanlı idmançı ABŞ-da çempion oldu

# 2430
avatar

Oxşar yazılar

Devid Bekhem  snouborddan   yıxıldı -  VİDEO

Devid Bekhem snouborddan yıxıldı - VİDEO

19 mart 2024 , 15:27
Rəqibinə qarşı irqçilik etdi, millinin heyətindən çıxarıldı

Rəqibinə qarşı irqçilik etdi, millinin heyətindən çıxarıldı

19 mart 2024 , 12:31
Ronaldo İsveçlə oyunu buraxacaq

Ronaldo İsveçlə oyunu buraxacaq

19 mart 2024 , 11:14
"Real" hakimdən şikayət etdi

"Real" hakimdən şikayət etdi

19 mart 2024 , 09:20
 Qaraçılar   Olimpiya mükafatçısının  çantasını   oğurladılar

Qaraçılar Olimpiya mükafatçısının çantasını oğurladılar

18 mart 2024 , 19:47
Futbolçu meydanda qəfildən  yıxıldı,   oyun dayandı -  VİDEO

Futbolçu meydanda qəfildən yıxıldı, oyun dayandı - VİDEO

18 mart 2024 , 18:52
PSJ-də  250-ci qolunu   vurdu

PSJ-də 250-ci qolunu vurdu

18 mart 2024 , 17:47
"Atletiko”nun azarkeşləri Feliksin  formasını   yandırdılar -  VİDEO

"Atletiko”nun azarkeşləri Feliksin formasını yandırdılar - VİDEO

18 mart 2024 , 15:57