Millimiz 18 medalla  birinci oldu
15 aprel 2025 23:38 (UTC +04:00)

Millimiz 18 medalla birinci oldu

Bakıda kişi və qadın boksçular arasında ənənəvi Böyük İpək Yolu beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

Lent.az xəbər verir ki, beş gün davam edən yarışda 9 ölkənin 175 idmançısı qüvvəsini sınayıb.

Boks Mərkəzində təşkil olunan final döyüşlərini gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev və digər rəsmi şəxslər izləyiblər.

Yığmamızın heyətində həlledici görüşdə qələbə qazanan Zeynəb Rəhimova, Aynur Rzayeva, Sübhan Məmmədov, Nicat Hüseynov, Məhəmmədəli Qasımzadə, Nəbi İsgəndərov, Seidcəmşid Cəfərov və Alfonso Dominqes qızıl medala sahib olublar. Digər boksçularımızdan Murad Abdullayevlə Məhəmməd Abdullayev ikinci yeri tutublar. Bir gün əvvəl isə Şamil Əsgərov, Tağı Nəsibov, Ruslan Rüstəmov, Məmməd Quliyev, Anaxanım İsmayılova, Bəhriyyə İbrahimova və Aynur Mikayılova bürünc medala yiyələniblər.

Təltifolunma mərasimində Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev və gənclər və idman naziri Fərid Qayıbov da iştirak ediblər. Onlar müvafiq olaraq, 51 kiloqram və 86 kiloqram çəkidə qalibləri mükafatlandırıblar.

Millimiz 8 qızıl, 3 gümüş və 7 bürünc medalla komanda hesabında birinci yeri tutub və Böyük İpək Yolu kubokuna yiyələnib. İkinci yerdə Rusiya (6-10-3) qərarlaşıb, “üçlüy”ü isə Qazaxıstan (4-2-12) qapayıb.

Turnirdə qadınların yarışında ən yaxşı boksçu Zeynəb Rəhimova (Azərbaycan), kişilərdə Vsevolod Şumkov (Rusiya) seçilib. Şahboz Yunusaliyev (Özbəkistan) ən əzmkar, Zaal Cavaxadze (Gürcüstan) ən yaxşı hakim adına layiq görülüb.

Finallar

Qadınlar

48 kiloqram

Jasmin Tahirova (Özbəkistan) – Liya Patlay (Rusiya) – 1:4

50 kiloqram

Marjona Savriyeva (Azərbaycan) – Sabina Babakulova (Özbəkistan) – 0:5

52 kiloqram

Anja Sadvakassova (Qazaxıstan) – Zeynəb Rəhimova (Azərbaycan) – 1:4

54 kiloqram

Elina Bazarova (Qazaxıstan) – Darya Panteleyeva (Rusiya) – 5:0

57 kiloqram

Viktoriya Baydukova (Qazaxıstan) – Darya Abramova (Rusiya) – 4:1

70 kiloqram

Angelina Vitova (Rusiya) – Epelle Mbata (İBA) – 4:1

+81 kiloqram

Aynur Rzayeva (Azərbaycan) – Kseniya Olifirenko (Rusiya) – 4:1

Kişilər

48 kiloqram

Sübhan Məmmədov (Azərbaycan) – Sahil Allahverdovi (Gürcüstan) – 5:0

51 kiloqram

Nicat Hüseynov (Azərbaycan) – Bair Batlayev (Rusiya) – 4:1

54 kiloqram

Maksim Kuznetsov (Rusiya) – Baqslan Kenjebek (Qazaxıstan) – 1:4

57 kiloqram

Nodirbek Allaberqanov (Özbəkistan) – Eduard Savvin (Rusiya) – 0:5

60 kiloqram

Məhəmmədəli Qasımzadə (Azərbaycan) – Vsevolod Şumkov (Rusiya) – 4:1

63,5 kiloqram

Sayat İlyasov (Özbəkistan) – Sandan Sandanov (Rusiya) – 5:0

67 kiloqram

Nəbi İsgəndərov (Azərbaycan) – Yevgeni Kul (Rusiya) – 3:2

71 kiloqram

Nurbek Mursal (Qazaxıstan) – İqor Sviridçenkov (Rusiya) – 5:0

75 kiloqram

Seidcəmşid Cəfərov (Azərbaycan) – Sanjar-Ali Beqaliyev (Qazaxıstan) – 5:0

80 kiloqram

Murad Allahverdiyev (Azərbaycan) – İlyas Maqomedov (Rusiya) – 1:4

86 kiloqram

Casurbek Yuldaşev (Özbəkistan) – Timur Qamzatov (Rusiya) – 1:4

92 kilqoram

Alfonso Dominqes (Azərbaycan) – Ramazan Dadayev (Rusiya) – 4:1

+92 kiloqram

Məhəmməd Abdullayev (Azərbaycan) – David Surov (Rusiya) – 2:3

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484

Oxşar yazılar