Yarımmüdafiəçi Fabian Ruis və müdafiəçi Xesus Navas Avropa çempionatında İspaniyanın qələbəsi şərəfinə təxminən 150 kiloqram pomidor alıblar.
Lent.az bildirir ki, bu barədə “Ouest-France” nəşri məlumat yayıb.
Milli komandanın hər iki oyunçusu Əndəlüsdəki pomidor becərilməsi ilə məşhur olan kiçik Los-Palacios-i-Vilyafranka şəhərində doğulublar.
Çempionların şərəfinə ənənəvi mərasimdə oyunçulardan öz çəkilərinə uyğun pomidor götürmələri xahiş olunur. Nəticədə Navas 64,7, Fabian Ruis isə 83,2 kiloqram alıb.
“Bir vaxtlar yaşadığım ərazidə futbol oynayırdım. Kimin ağlına gələrdi ki, mən burada Avropa çempionluğunu qeyd edəcəm”, - Ruis bildirib.
Maraqlıdır ki, Navas bu ritualda artıq 2012-ci ildə, İspaniya üçüncü Avropa çempionluğunu qazananda iştirak edib.
İspaniya millisi finalda İngiltərə yığmasına qalib gələrək (2:1) Avropa çempionatının qalibi olub. İspanlar qazanılan kubokların sayına görə almanları üstələyərək rekord dördüncü Avropa çempionluğunu qazanıblar.