Avropa çempionatında ŞOK QALMAQAL
11 iyul 2024 11:12 (UTC +04:00)

Avropa çempionatında ŞOK QALMAQAL

Avropa çempionatının qrup mərhələsində Albaniya B qrupunda sonuncu yerdə qərarlaşıb və çempionatına vida edib. Buna səbəb İtaliya və İspaniyaya uduzması, Xorvatiya ilə heç-heçə etməklə bir xal toplaması olub.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, milli komanda Kamendəki “Kayserau” idman mərkəzində yerləşib. “Bild” xəbər verir ki, şok hadisə məhz burada baş verib.

Jurnalistlər Dortmund prokurorluğunun seks cinayəti ilə bağlı təhqiqat başlatdığını bildiriblər. Bu, guya milli komandanın sıralarında baş verib.
İddiaya görə, 18 yaşlı işçi 26 yaşlı alban tərəfindən mətbəxə itələnib, sonra isə cinsi təcavüzə məruz qalıb. Hadisənin iyunun 23-də baş verdiyi bildirilir.

Polis və prokurorluq xəbərdar edilib. Lakin şübhəli şəxs saxlanılmayıb. O, Albaniya nümayəndə heyətini qabaqlayıb və ertəsi gün planlaşdırılandan iki gün tez Almaniyanı tərk edib.

Hadisəni törədənin adı açıqlanmır. Məlumdur ki, o, yığmanın sıralarında heç də görkəmli sima deyilmiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3180
avatar

Oxşar yazılar