Karlo Ançelotti
07 may 2022 17:05 (UTC +04:00)

Karlo Ançelotti

Ançelotti: “80 yaşınadək “Real”da qalacam”

“Real”ın baş məşqçisi Karlo Ançelotti Madrid klubunda nə qədər müddət çalışmaq istədiyini açıqlayıb.

Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, italiyalı mütəxəssis 80 yaşınadək İspaniya nəhəngində qalmaq istəyindədir.

Ançelotti Madrid təmsilçisində görüləcək işlərinin çox olduğunu qeyd edib: “Əgər ağlımı itirməsəm, 80 yaşınadək “Real”da qalacam. “Real”dan gedəndə karyeramı bitirə bilərəm. Daha yaxşı klub tapmaq asan olmaayacaq. Görək “Real” məndən bezəndə necə olacaq. Amma məndə problem yoxdur. Hələ burda çox iş görməliyəm”.

Qeyd edək ki, 62 yaşlı mütəxəssis bu il “Real”la La Liqanın çempionu olub və Çempionlar Liqasının finalına yüksəlib.

# 1974
avatar

Oxşar yazılar