Braziliyalı əfsanəvi futbolçu Pele San-Pauludakı xəstəxanadan evə buraxılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, həkimlər 82 yaşlı keçmiş hücumçunun vəziyyətinin stabil olduğunu bildiriblər.
Xəstəxanadan verilən məlıumata görə, Pelenin bağırsaqlarındakı şiş sağalsa da, o, müalicəsini davam etdirəcək.
2021-ci ilin sentyabrında Pele şişin götürülməsi üçün əməliyyat olunub. Dekabrın 8-də isə o, müalicə keçmək üçün planlı şəkildə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970) dünya çempionudur.