250 milyon təklif etsələr də, “Red Bull”dan  gedən deyiləm   – Maks Ferstappen 
03 may 2024 18:26 (UTC +04:00)

250 milyon təklif etsələr də, “Red Bull”dan gedən deyiləm – Maks Ferstappen 

“Red Bull” komandasının pilotu Maks Ferstappen komanda seçərkən onun üçün hansı amillərin vacib olduğunu açıqlayıb.

“Hazırda mənim gələcəyim “Red Bull”dadır. Mənə 150 milyon avro təklif etsələr belə, bu həlledici amil olmayacaq. Hətta 250 milyon avro da kifayət deyil, çünki qazanmağımdan razıyam. Ən əsası nəticələrdir”, - Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Ferstappen vurğulayıb. 

“Mən yaxşı bilirəm ki, ortada gəzsəydim, çox əsəbiləşərdim. Mənim üçün əsas olan komandanın və maşının səviyyəsidir. Toto Volf da bunu bilir.

Ancaq idmanda və həyatda nə olacağını heç vaxt əvvəlcədən bilə bilməzsən. 2026-cı ildə hansı komandanın ən yaxşı olacağını kim bilir? İndi bu barədə çox düşünmürəm, diqqətimi indiki vaxta yönəldirəm. Mən bu il və gələn il uğur qazanmaq istəyirəm”, – Ferstappen bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2289
avatar

Oxşar yazılar