2024-cü ildə Neymar  42 dəqiqə   oynayıb: 100 milyon qazanıb
10 yanvar 2025 18:54 (UTC +04:00)

2024-cü ildə Neymar 42 dəqiqə oynayıb: 100 milyon qazanıb

 “Əl-Hilal”ın 32 yaşlı hücumçu 2024-cü ildə Səudiyyə Ərəbistanı klubunda iki oyun keçirdikdən sonra 101 milyon avro qazanıb.

Braziliyalı futbolçu 2023-cü ilin oktyabrında çarpaz bağlarından zədələnib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, oktyabr ayına qədər Neymar zədəsini sağaltmışdı, lakin Asiya Çempionlar Liqasında "Esteqyal"la oyunda (3:0) yenidən zədələmişdi.

“Karyeramdan çox razıyam: əldə etdiklərim və oynadığım klublar. Aydındır, siz həmişə fikirləşirsiniz ki, mən burada və orada başqa nə edə bilərdim, amma bu, futbolun bir hissəsidir. Heç vaxt bütün kubokları qazanmayacaqsınız. İndiyə qədər etdiyim hər şeydən çox razıyam", - yanvarın əvvəlində Neymar CNN-ə müsahibəsində deyib.

Braziliyalı futbolçu karyerası ərzində “Santos”, “Barselona” və PSJ-də çıxış edib. Neymar oyunlarının çoxunu "Santos"da keçirib. O, bütün yarışlarda 225 oyun keçirib, 136 qol vurub və 64 məhsuldar ötürmə edib.

Neymar 2023-cü ilin yayında "Əl-Hilal"a keçib. Daimi zədələri səbəbindən braziliyalı Səudiyyə klubunun heyətində cəmi 7 oyun keçirib, bir qol vurub və üç məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. 

Transfermarkt portalı futbolçunun bazar dəyərini 15 milyon avro qiymətləndirir.

Neymar 2010-cu ilin avqustunda Braziliya millisində debüt edib. Milli komandanın heyətində futbolçu 128 oyun keçirib və 79 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468
avatar

Oxşar yazılar