2021-ci ildə transferdən ən çox qazanan klublar - SİYAHI
08 sentyabr 2021 15:23 (UTC +04:00)

2021-ci ildə transferdən ən çox qazanan klublar - SİYAHI

Yay fasiləsində oyunçu satışından ən çox gəlir əldə edən klubların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “transfer pəncərəsi” bağlanan “böyük beşlik”də və ikinci dərəcəli bir çox ölkədə transferdən ən çox pul qazanan 10 klub sıralanıb.

Siyahıya İtaliya çempionu “İnter” başçılıq edir. “Neradzurra” 5 oyunçunun satışından 200 milyon avroya yaxın qazanc götürüb. Cek Qrilişin “Mançester Siti”yə keçidi sayəsində “Aston Villa” ikinci pillədə qərarlaşıb. Heyətində ciddi dəyişikliklərə əl atan “Çelsi” isə ilk “3-lüy”ü qapayır.

1. “İnter” – 197,05 milyon avro
Romelu Lukaku: 115 milyon avro (“Çelsi”yə)
Əşrəf Hakimi: 60 milyon (PSJ)
Matteo Politano: 19 milyon (“Napoli”)
Antonio Kandreva: 2,5 milyon (“Sampdoriya”)
Riqoberto Rivas: 550 min (“Reccina”)

2. “Aston Villa” - 127 milyon
Cek Qriliş: 117,5 milyon (“Mançester Siti”)
Mbuana Alli Samatta: 6 milyon (“Fənərbaxça”)
Byörn Enqels: 3,5 milyon (“Antverpen”)

3. “Çelsi” – 122,35 milyon
Temmi Abraham: 40 milyon (“Roma”)
Kurt Zuma: 35 milyon (“Vest Hem”)
Fikayo Tomori: 29,2 milyon (“Milan”)
Davide Zappakosta: 9 milyon (“Atalanta”)
Viktor Mozes: 5 milyon (“Spartak”, Moskva)
Temue Bakayoko: 2 milyon, icarəyə (“Milan”)
Olivye Jiru: 1 milyon (“Milan”)
Kenedi: 500 min (“Flamenqo”)
Emerson: 500 min (“Lion”)
Mişi Batşuayi: 150 min (“Beşiktaş”)

4. “Leypsiq” - 112 milyon
Dayot Upamekano: 42,5 milyon (“Bavariya”)
İbrahima Konate: 40 milyon (“Liverpul”)
Marsel Sabitzer: 15 milyon (“Bavariya”)
Hannes Volf: 9,5 milyon (“Borussiya”, Mönhenqladbax)
Lazar Samardziç: 3 milyon (“Udineze”)
Aleksander Sörlot: 2 milyon, icarəyə (“Real Sosyedad”)

5. “Borussiya”, Dortmund – 107,75 milyon
Ceydon Sanço: 85 milyon (“Mançester Yunayted”)
Leonardo Balerdi: 11 milyon (“Marsel”)
Tomas Delani: 6 milyon (“Sevilya”)
Ceremi Tolyan: 3,5 milyon (“Sassuolo”)
Serxio Qomes: 2,25 milyon (“Anderlext”)

6. “Real” - 78 milyon
Rafael Varan: 40 milyon (“Mançester Yunayted”)
Martin Odeqard: 35 milyon (“Arsenal”)
Brahim Diaz: 3 milyon, icarəyə (“Milan”)

7. “Barselona” – 63,5 milyon
Emerson Royal: 25 milyon (“Tottenhem”)
Junior Firpo: 15 milyon (“Lids”)
Antuan Qrizmann: 10 milyon, icarəyə (“Atletiko”)
Jan-Kler Todibo: 8,5 milyon (“Nitsa”)
Karles Alena: 5 milyon (“Xetafe”)

8. “Brayton” – 62,5 milyon
Ben Vayt: 58,5 milyon (“Arsenal”)
Persi Tau: 1,8 milyon (“Əl-Əhli”, Qahirə)
Viktor Qyokeres: 1,2 milyon (“Koventri”)
Mixal Karbovnik: 1 milyon, icarəyə (“Olimpiakos”)

9. “Udineze” – 62,3 milyon
Rodriqo de Paul: 35 milyon (“Atletiko”)
Juan Musso: 20 milyon (“Atalanta”)
Antonin Barak: 6 milyon (“Verona”)
Rider Matos: 800 min (“Peruca”)
Simone Skuffet: 300 min (APOEL)
Mattia Kompanyon: 125 min (“Yuventus” U-23)
Federiko Ermakora: 75 min (“Renate”)

10. “Zalsburq” – 61,85 milyon
Patson Daka: 30 milyon (“Lester”)
Enok Muepu: 23 milyon (“Brayton”)
Andre Ramalyo: 2,5 milyon (PSV)
Peter Pokornı: 2 milyon (“Real Sosyedad” B)
Macid Asimeru: 1,5 milyon (“Anderlext”)
Çiçan Stankoviç: 1,15 milyon (AEK)
Masaya Okuqava: 1 milyon (“Arminiya”)
David Affenqruber: 400 min (“Şturm”)
Patrik Farkas: 300 min (“Lütsern”)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2292
avatar

Oxşar yazılar