Almaniya millisi Bakıya 20 futbolçu ilə gəlir – TAM SİYAHI
Futbol üzrə Almaniya milli komandasının avqustun 12-də Azərbaycan yığması ilə keçirəcəyi 2010-cu il dünya çempionatının 4-cü seçmə qrupunun oyununa dəvət alan futbolçular açıqlanıb.
Lent.az-ın məlumatına görə, “Bundestim”in baş məşqçisi Yoahim Löv 20 oyunçuya dəvət göndərib.
Onların arasında cəmi bir legioner var. Bu, İngiltərənin “Çelsi” klubunda çıxış edən Almaniya millisinin 32 yaşlı kapitanı Mixael Ballakdır. Ballak hazırda zədəli olsa da, Löv onun yığmamızla qarşılaşmayadək hazır vəziyyətdə olacağına inanır.
Ən böyük yenilik gənclər arasında Avropa çempionu Sami Xediranın ilk dəfə əsas milliyə dəvət almasıdır. 22 yaşlı yarımmüdafiəçi qitə birinciliyi zamanı inamlı çıxışı ilə 49 yaşlı mütəxəssisin diqqətini cəlb edib.
3 qat dünya çempionlarının baş məşqçisi Arne Fridrixi Bakıya gətirməyəcək. Löv bu qərarını belə əsaslandırıb: “Fridrixlə söhbət etdim. Dedim ki, onun mövqeyində Tomas Hitslşperger daha güclüdür”.
Daha bir yenilik isə Asiya turnesində sınanan Braziliya əsilli hücumçu Kakaunun millimizlə oyuna da çağırılmasıdır. 28 yaşlı forvard artıq Çin və Birləşmiş Ərəb Əmirliklərinə qarşı yoldaşlıq görüşlərində forma geyinib.
Qapıçılar: Robert Enke (“Hannover”), Tim Vize (“Verder”)
Müdafiəçilər: Arne Fridrix (“Herta”), Filip Lam (“Bavariya”), Per Mertezaker (“Verder”), Marsel Şafer (“Volfsburq”), Sərdar Taşçı (“Ştutqart”), Heyko Vestermann (“Şalke-04)
Yarımmüdafiəçilər: Mixael Ballak (“Çelsi”, İngiltərə), Kristian Gentner (“Volfsburq”), Tomas Hitslşperger (“Ştuttqart”), Marsell Yansen (“Hamburq”), Sami Xedira (“Ştutqart”), Məsut Özil (“Verder”), Bastian Şvaynştayger (“Bavariya”), Pyotr Troxovski (“Hamburq”)
Hücumçular: Kakau (“Ştutqart”), Mario Gomes, Miroslav Kloze (“Bavariya”), Lukas Podolski (“Köln”).
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya matçı saat 21:00-da başlanacaq.

Oxşar yazılar

"Barselona" səfərdə qələbə qazandı
24 avqust 2025 , 02:32
"Fənərbağça" evdə qələbə qazandı
24 avqust 2025 , 00:47
40 milyonluq futbolçunu ərəblərə 70 milyona satırlar
23 avqust 2025 , 18:04
Tomas Müller kimin daha yaxşı olduğunu söylədi – Messi, yoxsa Ronaldo: karyerası illərində seçimini dəyişib
23 avqust 2025 , 14:16
7 min metrlik zirvədən düşə bilməyən alpinist dünyasını dəyişdi
23 avqust 2025 , 12:25
"Barselona" və "Real" çox gəncləşib. La Liqada orta yaşı ən aşağı olan hansı komandadır?
23 avqust 2025 , 09:40
“Bavariya” “Leyptsiq”i darmadağın etdi
23 avqust 2025 , 02:48