UEFA “Bakı” və “Qarabağ”a milyonlar vəd edir
Azərbaycanın “Bakı” və “Qarabağ” futbol klubları Çempionlar Liqası (ÇL) və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaqları halda, böyük məbləğdə mükafat qazanacaq.
Lent.az-ın məlumatına görə, UEFA 2009-2010-cu il mövsümündə Avropa kuboklarına qatılan komandalar üçün rekord məbləğdə mükafat ayırıb.
“Bakı” komandası ÇL-in qrup mərhələsinə vəsiqə qazanacağı halda, 7,3 milyon avroya sahib olacaq. Bu məbləğin 7,1 milyonu qrup mərhələsi üçün, 200 mini isə Azərbaycan çempionluğu üçün nəzərdə tutulub. Qrup mərhələsində isə hər bir qələbənin qarşılığında 800 min avro, heç-heçə üçün isə 400 min avro nəzərdə tutulub. Amma “Bakı” ÇL-in qrup mərhələsinə yüksəlmək üçün əvvəlcə III təsnifat mərhələsindəki rəqibi “Levski” (Bolqarıstan) komandasını üstələməlidir. İlk görüşdə 0:0 hesablı heç-heçə əldə edən komandamız sabah Sofiyada keçirəcəyi cavab matçında qələbə qazanacağı və ya qollu heç-heçəyə nail olacağı halda, ÇL-in pley-off mərhələsinə vəsiqə əldə edəcək. Məhz növbəti mərhələdəki rəqibindən də güclü olacağı təqdirdə, “Bakı” qitənin ən nüfuzlu klub turnirində oynaya biləcək.
“Qarabağ” isə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazansa, 1 milyon avroya sahib olacaq. Qələbə üçün 140 min avro, heç-heçə üçün isə 70 min avro nəzərdə tutulub. Qrup mərhələsini adlayacağı halda, komandamıza daha 200 min avro veriləcək. Azərbaycan kubokunun sahibi III təsnifat mərhələsinin ilk görüşündə Helsinkidə “Honka” (Finlandiya) üzərində 1:0 hesablı qələbəyə nail olub. Avqustun 6-da keçiriləcək cavab matçının yekununda komandamız rəqibini üstələməyi bacarsa, turnirin pley-off mərhələsindəki rəqibini də yenməlidir. Məhz bu halda “Qarabağ” Avropa Liqasının qrup mərhələsində çıxış edəcək.

Oxşar yazılar

"Barselona" səfərdə qələbə qazandı
24 avqust 2025 , 02:32
"Fənərbağça" evdə qələbə qazandı
24 avqust 2025 , 00:47
40 milyonluq futbolçunu ərəblərə 70 milyona satırlar
23 avqust 2025 , 18:04
Tomas Müller kimin daha yaxşı olduğunu söylədi – Messi, yoxsa Ronaldo: karyerası illərində seçimini dəyişib
23 avqust 2025 , 14:16
7 min metrlik zirvədən düşə bilməyən alpinist dünyasını dəyişdi
23 avqust 2025 , 12:25
"Barselona" və "Real" çox gəncləşib. La Liqada orta yaşı ən aşağı olan hansı komandadır?
23 avqust 2025 , 09:40
“Bavariya” “Leyptsiq”i darmadağın etdi
23 avqust 2025 , 02:48