Azərbaycan güləşçiləri olimpiya çempionlarını məğlub etdi
“Qızıl Qran-pri”turnirində 3 güləşçimiz finala çıxdı
Bu gün Bakı İdman Sarayında Heydər Əliyevin xatirəsinə güləş üzrə “Qızıl Qran-pri” turnirinin final mərhələsi start götürüb. Lent.az-ın məlumatına görə, yarışın ilk günündə yunan-Roma güləşçiləri döşək üzərinə çıxıblar.
Artıq bütün çəki dərəcələrində finalçılar müəyyənləşib. Azərbaycan pəhləvanlarından Rövşən Bayramov (60 kq), Fərid Mansurov (66 kq) və Rafiq Hüseynov (74 kq) finala vəsiqə qazanıblar. Rövşən Bayramov (55 kq), Sakit Cəlilov, Fuad Alıyev (hər ikisi 60 kq), Emin Əhmədov (66 kq), Niyaməddin İbrahimov, Elvin Mürsəliyev (hər ikisi 74 kq), Elgiz Məmmədov (84 kq) və Denis Mişin (96 kq) isə bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq hüququ əldə ediblər.
55 kq çəki dərəcəsində 4 pəhləvanımız – ikiqat Avropa çempionu və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rövşən Bayramov, Elçin Alıyev, Qasım Məhəmmədov və Taleh Məmmədov qüvvəsinə sınayıb. Lakin onlardan heç biri finaladək irəliləməyi bacarmayıb. Bayramov elə ilk görüşdəcə Haseqaşa Koreyə (Yaponiya), Məhəmmədov isə Məmmədova uduzub. Lakin Taleh ¼ finalda Haşim Bayraka (Türkiyə) yenilib. Alıyevin Dövlət Absəlimovla start görüşü uğurlu alınsa da, ¼ finalda Peter Modosla (Macarıstan) qarşılaşması məğlubiyyətlə yekunlaşıb. Alıyev, Məhəmmədov və Məmmədovun uduzduqları rəqiblər finaladək irəliləyə bilmədiyindən, hər üç güləşçimiz mübarizəni dayandırıb. Bayramov isə təsəlliverici görüşlərə qatılacaq. Buna Rövşənin uduzduğu Koreyin finaladək irəliləməsi səbəb olub. Güləşçimiz bürünc medal uğrunda ilk qarşılaşmasında yenə Yaponiya təmsilçisi - Rio Minemura ilə qarşılaşacaq.
60 kq çəkidə 5 güləşçimiz – Avropa çempionu və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Vitali Rəhimov, Sakit Cəlilov, Natiq Bağırov, Fuad Alıyev və Cavid Abdullayev mübarizə aparıb. Bağırov ilk görüşündə Darxan Sağındıkova (Qazaxıstan) uduzaraq, çıxışını dayandırıb. Abdullayev də startdaca Rəhimova yenilib. Vitalinin növbəti “qurban”ı ilk görüşündə Səbri Şahini (Türkiyə) məğlub edən Alıyev olub. Avropa çempionumuz iki azərbaycanlını yendikdən sonra Bağırovu udan Sağındıkovdan ¼ finalda qisas alıb. Rəhimov yarımfinalda Revaz Laşini (Gürcüstan) də məğlub edərək, finala çıxıb. Onun həlledici qarşılaşmada rəqibi Aslan Abdullin (Rusiya) olacaq. Cəlilov isə Dilşod Aripov (Özbəkistan) və Mohsen Xaşemini (İran) yensə də, yarımfinalda məhz Abdullinə uduzaraq, finala çıxa bilməyib. Əvəzində Sakit bürünc medal qazanmaq üçün təsəlliverici görüşdə Tanioki Yasuyuki (Yaponiya) – Bavafa Həmid (İran) cütünün qalibini yenməlidir. Digər təsəlliverici görüşdə isə Abdullayevlə Alıyev üz-üzə gələcəklər. Bu qarşılaşmanın qalibi bürünc medal qazanmaq üçün Saqindikov və Laşini də yenməlidir.
66 kq çəkidə ölkəmizi olimpiya və dünya çempionu Fərid Mansurov, Tural Hüseynov, Emin Əhmədov və Elşad Səfərov təsmil edir. Səfərov ilk görüşdəcə Anton Mamageişviliyə (Gürcüstan) Hüseynov isə Əhmədova yenilərək, mübarizəni dayandırıb. Emin sonrakı qarşılaşmasında Vasif Arzumanovu (Türkiyə) yenib. Lakin yarımfinalda Biabanqard Afşinə (İran) uduzan Əhmədov finala çıxa bilməyib. Əvəzində o, bürünc medal uğrunda cəmi 1 təsəlliverici görüş keçirəcək. Nəhayət, Mansurov Fujimura Tstomu (Yaponiya) və Lorins Tamaşa (Macarıstan) qalib gələrək, yarımfinala çıxıb. Fərid növbəti rəqibi Asxat Dilmuxamedovu (Qazaxıstan) da yenməyi bacarıb. Finalda isə olimpiya çempionumuz iranlı Biabanqard Afşinlə görüşəcək.
74 kq çəkidə Rüfət və Rafiq Hüseynovlar, Niyaməddin İbrahimov və Elvin Mürsəliyev yarışır. İbrahimov ilk görüşündə Rüfət Hüseynova uduzaraq, mübarizəni dayandırıb. Mürsəliyev əvvəlcə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının sərbəst güləş növü üzrə qalibi Ramazan Şahini mübarizədən kənarlaşdırsa da, 1/8 finalda Cahongir Mimonova (Özbəkistan) uduzub. Lakin Mimonov finaladək irəlilədiyindən, Mürsəliyev bürünc medal uğrunda təsəlliverici görüşlərə qatıla biləcək. Rafiq Hüseynov isə əvvəlcə Renato Kunu (Macarıstan), sonra isə Rüfət Hüseynovu yenib. Yarımfinalda onun rəqibi Pekin olimpiadasının daha bir qalibi Manuçar Kvirkveliya olub. Rafiq güclü rəqibini də yenərək, finala vəsiqə qazanıb. Həlledici görüşdə onun rəqibi məhz Cahongir Muminov olacaq. Elvin Mürsəliyevlə yanaşı, Niyaməddin İbrahimov isə bürünc medal uğrunda mübarizə aparacaqlar. Mürsəliyev ilk təsəlliverici görüşünü Yulian Kvitlə (Polşa), İbrahimov isə Renato Kunla (Macarıstan) keçirəcək.
84 kq çəkidə ölkəmizi Şalva Qadabadze, Elgiz və Şəhriyar Məmmədovlar təmsil edirlər. Hər 3 güləşçimiz elə ilk görüşdəcə uduzub. Qadabadze Balri Xasiaya, Şəhriyar Məmmədov Əhməd Yıldırıma, Elgiz Məmmədov isə Yevgeni Boqomolova (Rusiya) yenilib. Şalva və Şəhriyar artıq mübarizəni dayandırıb. Elgiz isə Boqomolovun finaladək irəliləməsi səbəbindən, təsəlliverici görüşlərə qatılacaq. Bürünc medal uğrunda mübarizədə o, ilk qarşılaşmasında Artur Mixalkeviçlə (Polşa) üz-üzə gələcək.
96 kq çəkidə də 3 pəhləvanımız - Denis Mişin, Nino Serqo və Səbuhi Hümbətov xalça üzərinə çıxıb. Mişinlə Nino ilk görüşdəcə üz-üzə gəliblər. Bu qarşılaşmada Denis qələbə qazanıb. Lakin o, yarımfinalda Rüstəm Totrova uduzaraq, finala çıxa bilməyib. Əvəzində Mişin təsəlliverici görüşə qatılacaq. O, Nabi Heykini (Estoniya) yenə bilsə, bürünc medal qazanacaq. Hümbətov isə ilk görüşündə Meduna Romanı (Slovakiya) yensə də, ¼ finalda Kiss Balaşa (Macarıstan) uduzaraq, mübarizəni dayandırıb.
120 kq çəkidə isə ölkəmizi heç kim təmsil etməyib.
Qeyd edək ki, bu gün saat 17:00-da yarışın təntənəli açılış mərasimi olacaq. Bundan bir saat sonra isə final görüşləri baş tutacaq.

1304