Qoko Hacievski: “Biz heç kimdən qorxmuruq”
“Levski” mənə kifayət tanış rəqibdir.
1993-1994-cü il mövsümündə Bolqarıstanın MOİK klubunda çalışdığım vaxt bu komanda ilə üz-üzə gəlmişəm. Üstəlik, “Levski” 2006-2007-ci il mövsümündə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağı bacarıb, “Çelsi”, “Barselona” kimi komandalarla qarşılaşıb”.
Bu fikirləri Lent.az-a açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hacievski deyib.
Makedoniyalı mütəxəssisin fikrincə, yalnız Litvanın “Ekranas” klubunu mübarizədən kənarlaşdıracaqları halda, bütün diqqətlərini “Levski” ilə qarşılaşmaya kökləyəcəklər: “Hazırda bütün diqqətimizi “Ekranas”la 21 iyulda keçirəcəyimiz cavab matçına yönəltmişik. İlk növbədə Litva çempionunu mübarizədən kənarlaşdırmaq haqda düşünürük. Buna nail olsaq, “Levski” ilə qarşılaşa bilərik”.
“Levski”nin 95 illik tarixə malik olması və Avropa kuboklarında müntəzəm çıxış etməsinə baxmayaraq, Haciyevski heç bir rəqibdən qorxmadıqlarını vurğulayıb. Çempionlar Liqasının III təsnifat mərhələsində ilk görüşlər 28-29 iyulda, cavab qarşılaşmaları isə bundan bir həftə sonra olacaq. “Bakı”nın baş məşqçisi həmin vaxtadək həm oyun baxımından, həm də yeni transferlərlə güclənmələrinin mümkünlüyünü vurğulayıb.

Oxşar yazılar

“Mançester Yunayted” səfərdə, "Tottenhem" evdə heç-heçə etdi
11 aprel 2025 , 01:23
"Çelsi" rəqibini darmadağın etdi
11 aprel 2025 , 01:12
Rafinya Messinin Çempionlar Liqası rekordunu təkrarladı
10 aprel 2025 , 19:46
"Mançester Yunayted" əsas oyunçusunu satacaq
10 aprel 2025 , 15:48
“Arsenal” Premyer Liqada bu göstəriciyə görə liderdir
10 aprel 2025 , 12:46
"Barselona"nın ulduzu baş məşqçi ilə münasibətinə görə komandadan ayrıla bilər
10 aprel 2025 , 09:37
"Çelsi" 120 milyona "Real"ın ulduzunu almağa hazırlaşır
9 aprel 2025 , 19:20