Türkiyə Futbol Federasiyası “Bursaspor”u Bakıda qalib elan etdi
Lent.az-ın məlumatına görə, TFF 63-cü dəqiqədə yarımçıq qalan matçın nəticəsi kimi “Qaziantepspor”a 0:3 hesablı texniki məğlubiyyət verib.
Qeyd edək ki, sentyabrın 20-də keçirilmiş qarşılaşmanın 56-cı dəqiqəsində “Bursaspor”un oyunçusu Ömər Ərdoğan baş zərbəsi ilə hesabı açdıqdan sonra tribunalarda etiraz səsləri qalxıb.
Ardından meydançaya kənar əşyalar atılmağa başlayıb. Onlardan biri 62-ci dəqiqədə yan xətt hakimi Məhərrəm Yılmazın başına dəyib. Nəticədə Yılmaz yaralanıb. Bunu görən baş hakim Dəniz Çoban matçı dayandırmalı olub. Çoban köməkçisi ilə bir müddət danışdıqdan sonra paltardəyişmə otağına yollanıb. Bu vaxt da yenə hakimlərə yad əşyalar atılmaqda davam edib. Ardından stadionun səs sistemi vasitəsilə matçın dayandırıldığı açıqlanıb.
Daha sonra “Bursaspor” azarkeşlərini təhlükəsizlik tədbirləri ilə əlaqədar tribunada saxlayıblar. Tribunadan çıxmayan və hakimlər əleyhinə şüarlar səsləndirən bir qrup “Qaziaptepspor”lu azarkeş isə təhlükəsizlik tədbirləri altında “Kamil Ocak” stadionundan çıxarılıb. Başına yad əşya dəyən ehtiyat hakim Məhərrəm Yılmaz da eyni qaydada paltardəyişmə otağından çıxarılaraq, xəstəxanaya aparılıb. Xəstəxanada aparılan rentgen müayinəsi zamanı Yılmazın başının yarıldığı aşkarlanıb. Həmin yerə iki tikiş qoyulub.

Oxşar yazılar

Boksçu kütləvi davaya görə üç il azadlıqdan məhrum edildi
13 iyun 2025 , 10:35
"Qızıl top"a namizədlərin adları nə vaxt açıqlanacaq?
12 iyun 2025 , 22:48
Sanenin “Qalatasaray”la müqaviləsinin detalları AÇIQLANDI
12 iyun 2025 , 21:42
Abramoviç futboldan uzaqlaşdı: “Bu həyatda klub sahibliyim bitdi”
12 iyun 2025 , 19:46
"Mançester Siti" azarkeşləri biletlərə görə klubu məhkəməyə verirlər
12 iyun 2025 , 18:42
İdman yarışlarında uğur qazanan FHN əməkdaşları ilə görüş keçirildi
12 iyun 2025 , 18:29
Gənc Ralli pilotu sınaq zamanı dünyasını dəyişdi
12 iyun 2025 , 15:16