Zaur Tağızadə “Neftçi”nin əvəzedici heyətinin məşqçisi təyin olundu
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, klubun bazasında “Neftçi” PFK-nın rəhbərliyinin və məşqçilər korpusunun iştirak etdiyi mərasimdə yeni məşqçini təqdim edən klub prezidenti Sadıq Sadıqov Zaur Tağızadənin müstəqil Azərbaycan futbolunun yetişdirdiyi ən güclü oyunçulardan biri olduğunu bildirib.
O, Z.Tağızadənin xüsusi təqdimata ehtiyacı olmadığını deyib: “O, Azərbaycan futbolunda “Qızıl oğlan” kimi ad qazanıb. Onun “Neftçi”nin uğurlarında əməyi böyükdür. Tağızadəni diqqətimizdən kənar saxlaya bilməzdik. Özünün də istəyi ilə ona “Neftçi”nin əvəzedici heyətinin məşqçisi vəzifəsini etibar etdik. İnanıram ki, Zaurun məşqçiliyi də futbolçu karyerası kimi parlaq olacaq”.
Yeni məşqçi klub prezidentinə ona göstərilən etimada görə təşəkkürünü bildirib: “Futboldan, xüsusilə də “Neftçi”dən ayrı qalmaq mənə çətin idi. Artıq məşqçi kimi doğma komandama kömək etmək qərarına gəldim. Sağ olsun Sadıq müəllim, təklifimi dərhal qəbul elədi. Klub rəhbərliyinin mənə göstərdiyi etimadı doğrultmağa çalışacağam”.
Tədbirdə Zaur Tağızadə üçün vida görüşünün keçirilməsi ilə də bağlı fikir mübadiləsi aparılıb. Bu görüşün yüksək səviyyədə təşkil olunması üçün “Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqov müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, ötən mövsümədək “Neftçi”nin şərəfini qoruyan Zaur Tağızadə əvəzedici heyətin bundan sonrakı oyunlarına hazırlaşmasında baş məşqçi İqor Getmana kömək edəcək.

Oxşar yazılar

FİFA-dan Qvardiolaya ŞOK: cəzalandırılmaq riski var
2 iyul 2025 , 14:49
İspaniya La Liqası: Birinci tur cütlükləri
2 iyul 2025 , 12:49
Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54
İnsanabənzər robotların iştirak etdiyi ilk futbol turniri - VİDEO
1 iyul 2025 , 17:42
Sağalıb, bu axşam oynaya bilər
1 iyul 2025 , 16:28
Xabi Alonso yeni Modriçi tapdı
1 iyul 2025 , 14:39