Pekin olimpiadasının qalibinə dopinq cəzası
07 oktyabr 2010 14:56 (UTC +04:00)

Pekin olimpiadasının qalibinə dopinq cəzası

Lent.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, 2010-cu ilin mayında Freyzerdən ağrıkəsici oksikodon preparatı tapılıb.

Lakin o, əvvəlcədən antidopinq təşkilatlarını məlumatlandırmayıb. Bu səbəbdən, yamaykalı atlet iyulun 8-də bütün yarışlardan müvəqqəti kənarlaşdırılıb. Oktyabrın 6-da isə Beynəlxalq Yüngül Atletika Federasiyası (İAAF) idmançının işi üzrə araşdırmalarını yekunlaşdırıb və Freyzeri 6 ay müddətinə cəzalandırıb. Cəzanın başlanğıcı 8 iyuldan hesablanır. Yamaykalı 2011-ci il yanvarın 7-də idmana qayıda bilər.

Diskvalifikasiyanın nisbətən yumşaqlığı onunla izah edilir ki, idmançılar oksikodon qəbul edə bilərlər. Amma əvvəlcədən xüsusi formanı dolduraraq, bu barədə müvafiq qurumları məlumatlandırmalıdır. Bu qaydanın pozulması dopinq qəbuluna bərabər sayılsa da, belə hallarda cəza çox ağır olmur.

Qeyd edək ki, Şelli-Enn Freyzer 100 metr məsafəyə qaçış üzrə ixtisaslaşıb. Məhz bu məsafədə Freyzar Pekin olimpiadasının qalibi olub. 2009-cu il dünya çempionatında isə o, həm 100 metrlik, həm də 4X100 metr məsafəyə estafet qaçışında qızıl medal qazanıb.
# 656

Oxşar yazılar