Çempionlar Liqası: İspaniya klubları “Bursaspor”la “Panatinaikos”u peşman etdi
15 sentyabr 2010 11:13 (UTC +04:00)

Çempionlar Liqası: İspaniya klubları “Bursaspor”la “Panatinaikos”u peşman etdi

Türkiyənin turnirdə yeganə təmsilçisi “Bursaspor” öz meydançasında İspaniyanın “Valensiya” klubuna böyük hesabla yenilib. Günün digər darmadağınına da İspaniya komandası imza atıb. “Barselona” Yunanıstan “Panatinaikos”u ilə görüşdə qapısından buraxdığı 1 qola 5 dəqiq zərbə ilə cavab verib. Üstəlik, “dubl” müəllifi Lionel Messi penaltini dəqiq yerinə yetirə bilməyib.

Çempionlar Liqasının son qalibi “İnter” və 2008-2009-cu il mövsümünün birincisi “Mançester Yunayted” isə xal itiriblər. İtaliya çempionu Hollandiyada turnirin debütantı “Tvente”ni, İngiltərə vitse-çempionu isə öz meydançasında Şotlandiya “Reyncers”ini yenə bilməyib.

A qrupu

“Tvente” (Hollandiya) – “İnter” (İtaliya) – 2:2

Teo Yanssen, 20. Dieqo Milito, 30 – öz qapısına – Uesli Sneyder, 13. Samuel Eto O, 41.

“Verder” (Almaniya) – “Tottenhem” (İngiltərə) – 2:2
Piter Krauç, 18. Marko Marin, 47 - Petri Pasanen, 13 – öz qapısına. Uqu Almeyda, 43

B qrupu

“Benfika” (Portuqaliya) – “Hapoel” (Təl-Əviv, İsrail) – 2:0

Luizao, 21. Oskar Kardoso, 68

“Lion” (Fransa) – “Şalke 04” (Almaniya) – 1:0
Mişel Bastos, 21
Qırmızı vərəqə: Benedikt Hevedes, 38 (“Şalke 04”)

C qrupu

“Bursaspor” (Türkiyə) – “Valensiya” (İspaniya) – 0:4

Tino Kosta, 16. Aris Aduris, 41. Pablo Ernandes, 68. Roberto Soldado, 76

“Mançester Yunayted” (İngiltərə) – “Reyncers” (Şotlandiya) – 0:0

D qrupu

“Barselona” (İspaniya) – “Panatinaikos” (Yunanıstan) – 5:1

Lionel Messi, 22; 45. David Vilya, 33. Pedro Rodriges, 77. Daniel Alveş, 90 - Sidney Qovu, 20
Reallaşdırılmayan penalti: Lionel Messi, 55 (“Barselona”)

“Kopenhagen” (Danimarka) – “Rubin” (Rusiya) – 1:0
Dame Ndoye, 87.
# 597

Oxşar yazılar