Dünya çempionatında gümüş, Avropa çempionatında 13-cü yer
14 sentyabr 2010 01:21 (UTC +04:00)

Dünya çempionatında gümüş, Avropa çempionatında 13-cü yer

Lent.az-ın məlumatına görə, yarışda ilk dəfə Azərbaycan milli komandası da mübarizə aparıb.

Ölkəmizi təmsil edən Aleksandr Aleksandrov 1 nəfərlik qayıqla (M1X), Cavid Əfəndiyev – İqor Xmara dueti isə 2 nəfərlik qoşa avarlı yüngül çəkili qayıqla (LM2X) çıxış edib. Avarçəkənlərimiz ilk 12 yerdən birini tutmağa imkan verən əsas yarımfinal mərhələsinə (A və ya B yarımfinalı) vəsiqə qazana bilmədikləri üçün öz kateqoriyalarında 13-cü yer uğrunda yarışıblar.

Nəticədə 23 yaşadək avarçəkənlər arasında dünya çempionatının gümüş mükafatçısı, 20 yaşlı Aleksandrov həm C/D yarımfinalında, həm də C finalında hamını qabaqlayaraq, buna nail olub. Əfəndiyev – Xmara dueti isə C/D yarımfinalında 2-ci, C finalında 4-cü olub və yekunda 16-cı yerlə kifayətlənib.
# 406

Oxşar yazılar