Rusiya Unibank Premyer Liqasından nümunə götürdü
13 sentyabr 2010 16:11 (UTC +04:00)

Rusiya Unibank Premyer Liqasından nümunə götürdü

Lent.az-ın məlumatına görə, bu haqda Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsi qərar qəbul edib.

İK-nın 31 üzvündən 1-i qərarın əleyhinə səs verib, 1-i isə bitərəf qalıb. Yeni sistemə keçidə yalnız Rusiya Peşəkar Futbol Liqasının prezidenti Nikolay Tolstıx etiraz edib.

Yeni sistem 2011-2012-ci il mövsümündən qüvvəyə minəcək. 2011-ci ilin yayında başlanacaq çempionatda 16 komanda əvvəlcə 2 dövrəlik mübarizə aparacaq. Daha sonra 3-cü dövrə başlanacaq. Bu zaman komandalar 2 qrupa bölünəcəklər. 1-8-ci yerləri tutanlar çempionluq və Avropa kuboklarına vəsiqə uğrunda, 9 – 16-cı yerlərin sahibləri isə Premyer Liqada qalmaq üçün mübarizə aparacaqlar. Yekunda 15-16-cı yerləri tutanlar elitanı tərk edəcəklər. 13-14-cü yerlərin sahibləri isə I divizionda 3-4-cü yerləri tutanlarla “pley-off” qarşılaşmaları keçirəcəklər.

Qeyd edək ki, Unibank Premyer Liqasında da hazırda buna bənzər sistemdən yararlanırlar. Fərq isə bunlardır: Azərbaycan çempionatında 16 deyil, 12 komanda mübarizə aparır. Onlar ilk 2 dövrədən sonra “8-lik” yox, “6-lıq” sistemi ilə mübarizəni davam etdirirlər. Çempionat isə 3 dövrə yox, 4 dövrədən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 865

Oxşar yazılar

Azərbaycan - Monteneqro oyunundan sonra kütləvi dava - VİDEO

Azərbaycan - Monteneqro oyunundan sonra kütləvi dava - VİDEO

8 iyun 2025 , 22:04
Spalletti İtaliya millisindən gedir

Spalletti İtaliya millisindən gedir

8 iyun 2025 , 21:31
"Milan" Menyanı bu qiymətə "Çelsi"yə  satmağa   razılaşdı

"Milan" Menyanı bu qiymətə "Çelsi"yə satmağa razılaşdı

8 iyun 2025 , 19:28
Millətlər Liqasının bürünc mükafatçısı məlum oldu

Millətlər Liqasının bürünc mükafatçısı məlum oldu

8 iyun 2025 , 19:19
Poçettino "Tottenhem"ə geri dönür?  – CAVABI

Poçettino "Tottenhem"ə geri dönür? – CAVABI

8 iyun 2025 , 17:22
"Mançester Siti"nin liderlərindən biri "Əl-Hilal"a keçə bilər

"Mançester Siti"nin liderlərindən biri "Əl-Hilal"a keçə bilər

8 iyun 2025 , 14:10
Neymar koronavirusa yoluxdu

Neymar koronavirusa yoluxdu

8 iyun 2025 , 11:56
Böyük klublar Qornaço ilə maraqlanır

Böyük klublar Qornaço ilə maraqlanır

8 iyun 2025 , 10:34