Ermənistanı fəth edən cüdoçumuz dünya çempionatında 7-ci yeri tutdu
Lent.az-ın məlumatına görə, 101 ölkədən 848 idmançının mübarizə apardığı yarışda Azərbaycanı 6 kişi, 2 qadın idmançı təmsil edir.
Çempionatın ilk günündə cüdoçularımızdan yalnız Elmar Qasımov tatami üzərinə çıxıb. 100 kq çəki dərəcəsində çıxış edən Qasımov ardıcıl olaraq, Dino Pfayffer (Almaniya), Hassan Azzun (Əlcəzair) və Hi-Tae Hvanqı (Cənubi Koreya) üstələyərək, ¼ finala yüksəlib. Lakin ötən il Ermənistanın paytaxtı İrəvanda keçirilmiş gənclər arasında Avropa çempionatının qalibi Tokiodakı növbəti görüşündə Oreydi Despayna (Kuba) yenilərək, qızıl medal şanslarını itirib. Bununla belə, Qasımov bürünc medal uğrunda təsəlliverici görüşlərdə çıxış etmək imkanı qazanıb. Lakin bu mərhələdə cüdoçumuz Tyerri Fabra (Fransa) uduzub və 7-ci yerlə kifayətlənib.
Qeyd edək ki, sentyabrın 13-dək davam edəcək dünya çempionatında qalan cüdoçularımızdan Tərlan Kərimov (66 kq), Renat (73 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Usubova (63 kq) da mübarizə aparacaq.

783