Nazir müavini: “Bəzi federasiyaların fəaliyyəti bizi qane etmir”
“Hər olimpiya tsiklindən sonra bütün federasiyalar hesabat-seçki konfransı keçirməlidir. Bu, beynəlxalq federasiyaların təlimatında duran məsələdir. Bununla əlaqədar Azərbaycanda mövcud olan federasiyaların dörd illik fəaliyyətləri haqda məlumatların Gənclər və İdman Nazirliyində olması vacib məsələdir”.
Bu fikirləri gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycanda mövcud olan federasiyaların qeydiyyatdan keçirilməsi haqda qərarı Lent.az-a şərh edərkən deyib.
İ.İsmayılovun sözlərinə görə, Gənclər və İdman Nazirliyinin qəbul etdiyi bu qərar nazirliklə federasiyaların sıx əməkdaşlığının təzahürüdür. Nazirlik rəsmisi bildirib ki, federasiyaların heç də hamısının işi qənaətbəxş olmadığı üçün onların qeydiyyata alınma prosesinə start verilib: “Əlbəttə, federasiyaların heç də hamısının fəaliyyəti bizi qane etmir. Qane etmədiyi üçün də belə zərurət yaranıb. Federasiyalar var ki, onlara dövlət tərəfindən həddən artıq yüksək səviyyədə göstərilən etimadı layiqincə doğruldur, idmanın inkişafı naminə can-başla xidmət göstərir. Federasiyalar da var ki, zəifdir. Konkret adlar çəkə bilmərəm. Çünki bizim üçün onların adlarının açıqlanmasındansa, zəif fəaliyyətlərinin səbəblərinin araşdırılması daha vacibdir. Bütün federasiyalar cavabdehlik daşıdıqları idman növlərinin inkişafı naminə yüksək səviyyədə işlər görsün. Müəyyən çətinlikləri varsa, nazirlik bu işdə onlara yardım etsin və bütün idman növlərinin inkişafına nail olmaq mümkün olsun”.
Bəzi federasiyaların ofis, maddi-texniki təchizat problemlərinin olduğunu təsdiqləyən İ.İsmayılov bunu həmin qurumların daxili işi kimi dəyərləndirib. Onun sözlərinə görə, qeydiyyata alınma zamanı bu məsələyə də ciddi fikir veriləcək. Eyni zamanda, federasiyaların nəzarətində olan idman növləri üzrə göstərdikləri nəticələr, beynəlxalq yarışlara qatılma imkanları və ölkəmizi hansı səviyyədə təmsil etmələri, idmançılarının hazırlıq səviyyəsi kimi amillərə diqqət yetiriləcək.
Nazirlik rəsmisi 2008-ci il Pekin Yay Olimpiya Oyunlarından sonra federasiyaların heç də hamısında hesabat-seçki konfranslarının keçirilməməsinin səbəblərini də açıqlayıb. Onun sözlərinə görə, 2009-cu il ərzində bu proses bütün federasiyalarda baş verə bilər: “Əsas məsələ odur ki, federasiyaların işi normal qaydada gedir. Federasiyalara rəhbərlik edənlər nəzarətlərində olan idman növlərinin inkişafı üçün işlər görürlər. Ona görə də zərurət yarandıqca, bütün federasiyalarda yeni seçkilər keçiriləcək. Beynəlxalq federasiyalarda da belədir. Məsələn, Ümumdünya Ağırlıqqaldırma Federasiyasında prezident seçkisi martın 28-də İspaniyanın paytaxtı Madriddə olacaq”.
Qeyd edək ki, təlimata əsasən, federasiyanın qeydiyyat məqsədi ilə tərtib olunmuş forma üçün ərizəsi, təsis konfransının sənədləri, dövlət qeydiyyatı haqqında şəhadətnamə, nizamnamə, Azərbaycan Milli Olimpiya komitəsi və beynəlxalq federasiya tərəfindən respublika federasiyasının tanınması haqqında sənəd Gənclər və İdman Nazirliyinə təqdim olunmalıdır. Nazirlikdə vaxtında qeydiyyatdan keçməyən federasiyaların fəaliyyətinin dayandırılması haqqında qərar qəbul olunacaq.
Elşən Məmmədov

Oxşar yazılar

Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
25 may 2025 , 21:31
"Real"ın yeni baş məşqçisi təyin olundu
25 may 2025 , 15:04
Zaniolo üçün qərar verildi: "Qalatasaray"lı futbolçu İtaliyadan əliboş qayıdır
24 may 2025 , 19:07
O da Ançelotti ilə vidalaşdı
24 may 2025 , 14:49
"Barselona" onu satır
24 may 2025 , 13:14
Modriçin hansı kluba keçməyə hazırlaşdığı məlum oldu
24 may 2025 , 11:15
İtaliya A Seriyasının ən yaxşı futbolçusu seçildi
24 may 2025 , 08:42