Anelka millidən getdi
Londonun “Çelsi” klubunun və Fransa futbol yığmasının hücumçusu Nikolya Anelka millidəki karyerasını tamamladığını elan edib. Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Fransa Futbol Federasiyası (FFF) futbolçu barədə 18 oyunluq diskvalifikasiya cəzası kəsdiyi üçün Anelka yığma komandadan getmək qərarına gəlib.
Federasiya həmin cəzanı 2010-cu il Dünya Çempionatı zamanı baş verənlərə görə verib.
Anelka bildirib ki, milliyə qayıtmayacağından 100 faiz əmindir. Hücumçunun sözlərinə görə, dünya çempionatında baş verənlərdən sonra onun milli komndada oynamaq şansı qalmayıb.
Həmin vaxt futbolçu yığma komandanın baş məşqçisi Raymon Domniki təhqir edib. FFF çempionat zamanı baş verən insidenti araşdırıb və 4 futbolçunu cəzalandırıb. Bunlardan ən çox cəza alan isə Nikolya Anelka olub.
Anelka qərar barədə eşidəndə “gülməkdən öldüyünü” deyib və federasiya rəhbərliyini “təlxək” adlandırıb.

Oxşar yazılar

Qərar qətidir: “Bayer”dən gedəcək
22 aprel 2025 , 09:37
"Real" azarkeşləri "Atletik"lə oyunda Mbappeni alçaltdılar -VİDEO
21 aprel 2025 , 19:33
"Barselona" Dokereşə görə bu oyunçuları ilə ayrılmağa hazırdır
21 aprel 2025 , 18:27
"Lester"dən İngiltərə Premyer Liqasında antirekord
21 aprel 2025 , 17:17
“Dəli” ləqəbli əfsanəvi qapıçı vəfat etdi
21 aprel 2025 , 15:26
İtaliyada bütün oyunlar təxirə salındı - SƏBƏB
21 aprel 2025 , 13:42
"İnter"in baş məşqçisi Səudiyyə Ərəbistanından təklifi rədd etdi
21 aprel 2025 , 12:42