Milli komandanın baş məşqçisi 6 aylıq cəzaya məruz qaldı
31 avqust 2010 13:33 (UTC +04:00)

Milli komandanın baş məşqçisi 6 aylıq cəzaya məruz qaldı

Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, buna 2010-cu il dünya çempionatı ərəfəsində baş verən insident səbəb olub.

Həmin vaxt Keyruşun komitə nümayəndələrini təhqir etdiyi bildirilir. Lakin münaqişənin təfərrüatları açıqlanmır. Yalnız o məlumdur ki, mayda Portuqaliya Antidopinq Komitəsinin əməkdaşları bir neçə futbolçudan dopinq nümunəsi götürmək üçün milli komandanın məşq bazasına gəliblər. Məhz həmin vaxt baş məşqçi onlarla kobud davranıb.

Portuqaliya Futbol Federasiyası (FPF) məşq bazasındakı insidentlə bağlı Keyruşu bir ay müddətinə cəza və 1000 avro cəriməyə məruz qoyub. Lakin Antidopinq Komitəsi baş məşqçinin diskvalifikasiya məsələsinə ayrıca baxmaq niyyətində olduğunu açıqlayıb. Keyruşun özü isə günahını rədd edir. Baş məşqçinin fikrincə, FPF-in vitse-prezidenti Amandio de Karvalyo, sadəcə, onun istefasına nail olmaq istəyir. 57 yaşlı mütəxəssis diskvalifikasiyası ilə bağlı qərardan apellyasiya verəcəyini bildirib.

Qeyd edək ki, FPF-in qərarına əsasən, Karluş Keyruş 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 3-də Kipr, sentyabrın 7-də isə Norveçlə nəzərdə tutulan matçlarda Portuqaliya millisinə rəhbərlik etməyəcək. Onun səlahiyyətlərini köməkçilərindən biri yerinə yetirəcək. Baş məşqçi 6 aylıq diskvalifikasiyasının ləğvinə nail ola bilməsə, oktyabrda Danimarka və İslandiya ilə görüşləri də buraxmalı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 944

Oxşar yazılar

Böyük klublar Qornaço ilə maraqlanır

Böyük klublar Qornaço ilə maraqlanır

8 iyun 2025 , 10:34
Türkiyə səfərdə ABŞ-ı  məğlub etdi

Türkiyə səfərdə ABŞ-ı məğlub etdi

8 iyun 2025 , 02:31
Ronaldo dünya çempionatında oynamayacaq

Ronaldo dünya çempionatında oynamayacaq

7 iyun 2025 , 18:48
"Barselona" "Milan"ın oyunçusunu alır

"Barselona" "Milan"ın oyunçusunu alır

7 iyun 2025 , 13:26
"Tottenhem"in yeni baş məşqçisi o ola bilər - Əsas namizəd

"Tottenhem"in yeni baş məşqçisi o ola bilər - Əsas namizəd

7 iyun 2025 , 09:43
Norveç millisi İtaliyanı darmadağın etdi

Norveç millisi İtaliyanı darmadağın etdi

7 iyun 2025 , 01:02
“Tottenhem” baş məşqçisini istefaya göndərdi

“Tottenhem” baş məşqçisini istefaya göndərdi

6 iyun 2025 , 23:52
Millimiz Qazaxıstanı məğlub etdi

Millimiz Qazaxıstanı məğlub etdi

6 iyun 2025 , 21:23