Avropa Liqası: 1/16 final mərhələsinin püşkü üçün səbətlər müəyyənləşdi
07 dekabr 2012 11:48 (UTC +04:00)

Avropa Liqası: 1/16 final mərhələsinin püşkü üçün səbətlər müəyyənləşdi

Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinə bütün vəsiqələrin sahibləri müəyyənləşib. Lent.az-ın məlumatına görə, dekabrın 20-də keçiriləcək püşkatma mərasiminə 32 komanda qatılacaq.

Onlardan 24-ü Avroliqanın 12 qrupunda ilk 2 yeri tutanlar və Çempionlar Liqasında 8 qrupu 3-cü pillədə tamamlayanlardır. Qrup qalibləri, habelə Çempionlar Liqasında qrup 3-cülərindən ən yaxşı reytinqə malik 4 komanda “səpələnmişlər” səbətinə düşəcəklər. Bunlar aşağıdakılardır:

“Liverpul” (İngiltərə), “Viktoriya” (Çexiya), “Fənərbağça” (Türkiyə), “Bordo” (Fransa), “Styaua” (Rumıniya), “Dnepr” (Ukrayna), “Genk” (Belçika), “Lion” (Fransa), “Latsio” (İtaliya), “Metallist” (Ukrayna), “Hannover” (Almaniya), “Rubin” (Rusiya), “Çelsi” (İngiltərə), ÇFR (Rumıniya), “Olimpiakos” (Yunanıstan), “Benfika” (Portuqaliya)

“Səpələnməmişlər” səbətinə isə Avroliqanın qruplarında 2-ci yeri tutmuş 12 komanda və Çempionlar Liqasında qrup 3-cülərindən daha aşağı reytinqə malik 4 klub düşüb:

“Zenit” (Rusiya), “Anji” (Rusiya), “Atletiko” (İspaniya), “Borussiya” (Mönhenqladbax, Almaniya), “Nyukasl” (İngiltərə), “Ştutqart” (Almaniya), “Napoli” (İtaliya), “Bazel” (İsveçrə), “İnter” (İtaliya), “Sparta” (Çexiya), “Tottenhem” (İngiltərə), “Bayer” (Almaniya), “Levante” (İspaniya), BATE (Belarus), “Dinamo” (Kiyev, Ukrayna), “Ayaks” (Hollandiya).

Qeyd edək ki, ilk görüşlər 2013-cü il fevralın 14-də “səpələnməmiş” komandanın meydanında keçiriləcək. Cavab görüşü fevralın 21-də olacaq.
# 1441

Oxşar yazılar