“Bakı” Lənkərandan 1 xal gətirdi
06 dekabr 2012 18:07 (UTC +04:00)

“Bakı” Lənkərandan 1 xal gətirdi

Futbol üzrə Topaz Premyer Liqasında VI turdan təxirə salınmış “Xəzər Lənkəran” – “Bakı” matçı keçirilib. Lent.az-ın məlumatına görə, Lənkəran şəhər Mərkəzi stadionunda baş tutan qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.

Hesabı 78-ci dəqiqədə “Bakı”nın futbolçusu Aleksandr Şoliç açıb. Meydan sahibləri cəmi 5 dəqiqə sonra Rahid Əmirquliyevin qolu ilə bərabərliyi təmin ediblər. Bu nəticədən sonra “Xəzər Lənkəran” xallarını 20-yə çatdırıb və 6-cı pilləyə yüksəlib. “Bakı” isə 17 xalla 9-cu pilləyə qalxıb.
# 567

Oxşar yazılar