İrəvandan bir medalla qayıdırıq
06 dekabr 2012 15:24 (UTC +04:00)

İrəvandan bir medalla qayıdırıq

Ermənistanın paytaxtı İrəvanda keçirilən gənclər arasında boks üzrə dünya çempionatında yarımfinal görüşləri keçirilib. Lent.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Pərviz Bağırov (64 kq) qvatemalalı Lester Normandi Martines Tutla üz-üzə gəlib.

İlk raund Tutun 3:1 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci raundda Bağırov 5:5 hesablı heç-heçəyə nail olsa da, son raundda məğlubiyyətdən yaxa qurtara bilməyib – 3:5. Ümumi nəticədə 9:13 hesabı ilə uduzan boksçumuz bürünc medalla kifayətlənib.

Beləliklə, Azərbaycan millisi dünya çempionatını 1 medalla başa vurub. Pərviz Bağırov dekabrın 7-də 64 kq çəki dərəcəsində final görüşləri də keçirildikdən sonra fəxri kürsüyə qalxacaq və onun şərəfinə düşmən ölkədə Azərbaycan bayrağı yüksəldiləcək.

Qeyd edək ki, dünya çempionatında ölkəmizi təmsil etmiş daha 6 boksçu erkən mərhələlərdə uduzaraq mübarizəni dayandırıb.

Elşən MƏMMƏDOV
# 1161

Oxşar yazılar