“Neftçi” ac-yalavac komanda ilə də bacarmayıb
06 dekabr 2012 13:17 (UTC +04:00)

“Neftçi” ac-yalavac komanda ilə də bacarmayıb

Serbiyanın “Partizan” klubunun futbolçuları rəhbərliyi Rusiyanın “Rubin” komandası ilə Avropa Liqasının VI tur matçını boykot edəcəkləri ilə hədələyiblər. Lent.az-ın “Blic” nəşrinə istinadən verdiyi məlumata görə, oyunçular əmək haqlarını və mükafatlarını tələb edirlər.

Dekabrın 5-də “Partizan” rəhbərliyi ilə futbolçular arasında fövqəladə toplantı olub.
İclasda oyunçulara borcların ilin sonunadək ödəniləcəyinə söz verilib. Lakin bu təklif futbolçuları qane etməyib. Onlar Rusiya “Rubin”i ilə bugünkü qarşılaşmanı boykot etməyə hazırlaşırlar. Habelə, oyunçular dekabrın 4-də “Partizan”ın məşqini pozublar. Baş məşqçi Vladimir Vermezoviç isə bildirib ki, komanda üzvləri əmək haqqının ödənilməsini gözləməyə razılaşıb və onlar Kazan komandası ilə matça çıxacaqlar.

Qeyd edək ki, “Partizan” – “Rubin” matçı dekabrın 7-ə keçən gecə Belqradda Bakı vaxtı ilə saat 00:05-də baş tutacaq. Oktyabrın 4-də Kazanda keçirilmiş matç “Rubin”in qələbəsi ilə yekunlaşıb – 2:0. Rusiya komandası artıq 13 xalla H qrupunun lideri kimi Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqəni təmin edib. İkinci yer 10 xalı olan İtaliya “İnter”inə qismət olub. “Partizan” və Azərbaycan çempionu “Neftçi” isə hərəyə 2 xalla 3-4-cü yerləri bölüşdürürlər. Bu, xallar isə hər iki komanda arasında görüşlərdə əldə olunub.
# 1530

Oxşar yazılar